Yenə rüsum, yenə cərimə - Anlamaq olmur bu addımları

Yenə rüsum, yenə cərimə - Anlamaq olmur bu addımlarıRəsmi məlumatlara əsasən toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib. Seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat manat, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə (bir sənəd) 25 manat dövlət rüsumu müəyyənləşib".
KONKRET.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli yeni rüsumları şərh edərək onların tətbiqini tənqid edib.
O bildirib ki, toxumlara sertifikatın verilməsinə görə rüsum müəyyənləşdirilməsini müəyyən qədər anlamaq mümkün olsa da, informasiya sistemindən çıxarışın verilməsi üçün 50 manat tutulması suallar doğurur.
"Anlamaq olmur, doğurdan da olmur, sertifikatın özü üçün rüsum olsaydı, deyərdim ki, bəli də, iş görürlər, labaratoriya analizi edirlər, xərc və əmək sərf edirlər – halbuki, aqrar sektor prioritetdirsə, bu da pulsuz olmalıdır.
Yeni rüsumlar kiçik məbləğlərdir, bu heç, amma, insanı düşündürən odur ki, informasiya sistemində bu sertifikat var, sadəcə onu çap edib təqdim etmək niyə 50 manat olsun ki? Printer və kağız xərcləri 1 qəpik olar, niyə 50 manat? Eyni qaydada sertifikatın dublikatını çap edib təqdim etmək niyə 10 manat olmalıdır?" – deyə iqtisadçı bildirib.
Cəfərli qeyd edib ki, aqrar sektor prioritet sahə hesab edilirsə, bu istiqamətdə belə xidmətlərin mümkün qədər pulsuz və ya minimal xərclə həyata keçirilməsi daha məqsədəuyğun olardı.
Onun sözlərinə görə, məbləğlər kiçik olsa da, əsas məsələ rüsumların tətbiqinə yanaşmadır:
"Bu gün istənilən sahədə rüsum və cərimələr o həddə çatıb ki, artıq ciddi bir xərc maddəsinə, vergi növünə dönüb. Bu yanaşma iqtisadi aktivliyi boğur".
KONKRET.az

Sosial       Tarix: 15 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu