Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
Sosial şəbəkələrdə dələduzluğun yeni növünə dair müzakirələ gedir.
Fəndgirlər saxta bank köçürmə qəbzləri hazırlamağa başlayıblar.
Onlar ödəniş etdiklərini göstərən "qəbz"i təqdim edir, daha sonra isə müxtəlif bəhanələrlə guya köçürülən məbləğin geri qaytarılmasını tələb edirlər.
KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Elbrus İbrahimov "Yeni Sabah"a bildirib ki, saxta bank köçürmə qəbzləri ilə insanları aldatmağa çalışanların sayı artıb:
"Bu, sosial şəbəkələr və onlayn ticarət platformaları vasitəsilə edilir. Bu cür hallarda bəzi şəxslər bank köçürməsinə bənzər saxta qəbz hazırlayaraq satıcıya göndərir, ödəniş etdiklərini iddia edir və malı əldə etməyə çalışırlar. Bəzi hallarda isə guya artıq vəsaitin köçürüldüyünü bildirərək həmin məbləğin geri qaytarılmasını tələb edirlər".
Nazirlik rəsmisi qeyd edib ki, belə hallarla bağlı polis orqanlarına daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılır:
"Dələduzluq əlamətləri müəyyən edildiyi hallarda, vurulmuş ziyanın məbləğindən asılı olmayaraq, əmələ hüquqi qiymət verilir.
Vətəndaşlara tövsiyə edirik ki, yalnız göndərilən qəbzə əsaslanaraq malı və ya xidməti təhvil verməsinlər. Vəsaitin həqiqətən bank hesabına daxil olduğunu mobil tətbiq və ya bankdan əldə olunan rəsmi məlumat əsasında yoxladıqdan sonra əməliyyatı tamamlasınlar".

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA