Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
AzərbaycanHava Yolları marşrut şəbəkəsini genişləndirərək Belçikanın paytaxtı Brüsseləbirbaşa müntəzəm uçuşlara başlayır. Yeni istiqamət üzrə biletlər artıqsatışdadır.
Brüssel şəhərinə ilk reys 8 may 2027-ci il tarixində həyata keçiriləcək. Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə,cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Yeni marşrut Azərbaycan ilə Belçika arasında işgüzar, turizm və mədəniəlaqələrin inkişafına əlavə töhfə verəcək, həmçinin sərnişinlər üçün Avropanın aparıcısiyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə birbaşa və rahat səyahətimkanı yaradacaq.
Belçikanın paytaxtı Brüssel Avropa İttifaqı və NATO-nun qərargahlarınınyerləşdiyi, qlobal diplomatiya və beynəlxalq biznes üçün vacib əhəmiyyətdaşıyan şəhərlərdən biridir. Bununla yanaşı, şəhər zəngin tarixi-mədəni irsi, məşhurGrand-Place meydanı, Atomium kompleksi, muzeyləri, qastronomiyası və özünəməxsusatmosferi ilə Avropanın ən populyar turizm istiqamətlərindən biri hesab olunur.
Brüssel həmçinin Avropanın əsas nəqliyyat qovşaqlarından biridir. BuradanAmsterdama təxminən iki saata, həmçinin Lüksemburq, Köln və digər şəhərlərərahat şəkildə çatmaq mümkündür.
Aviabiletləri rəsmiwww.azal.azsaytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditəolunmuş agentliklərdən əldə edə bilərsiniz. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır