Yeni metro stansiyaları hansı istiqamətlərdə olacaq?
Prezident İlham Əliyevin metro stansiyaları ilə bağlı çıxışından sonra hər kəsi bir sual maraqlandırır.
Yeni inşa olunacaq 10 yeni metro stansiyası paytaxtın hansı istiqamətlərində olacaq? Yeni stansiyaların nə vaxt istifadəyə verilməsi planlaşdırılır?
KONKRET.az Baku TV-yə istinadən xəbər verir ki, inşaat mühəndisi Azər Axundovun sözlərinə görə, bu 10 stansiya bənövşəyi xətdən Ağ Şəhərə, yaşıl xətdən isə "Həzi Aslanov" stansiyasına kimi uzadılacaq:
"B4" hazırda tikilməkdə olan stansiyadır. Heydər Əliyev İdman Kompleksinin arxasında yerləşir. "B5" stansiyası təxminən Xarici İşlər Nazirliyinin, "B6" stansiyasi isə "Hökumət evi"nin arxasında planlanır. Arada isə "Sahil" keçid stansiyası olacaq, o da "Sahil" stansiyasının yanında düşünülür. "B7" "Xətai" stansiyası ilə keçid, "B8" stansiyası da Ağ Şəhərin Babək prospekti hissəsinə tərəf düşən hissəsi olmalıdır. "Y15", "Y16", "Y17" stansiyaları da "Xətai" ilə "Həzi Aslanov" arasında 8 Noyabr prospekti boyunca yerləşəcək", – deyə o bildirib.
"Y14" stansiyası isə Ağ Şəhər ərazisinə düşür. Bununla da 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.
Ətraflı süjetdə:
Turlar.az [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var