"Yerli şirkətlərin növbəti dəfə tanıtım sərgisi" təşkil olunacaq

17, 18, 19, 20 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə 7-ci dəfə "Yerli şirkətlərin tanıtım sərgisi" baş tutacaq.
azxeber.com xəbər verir ki, "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Həmçinin, dörd gün davam edəcək sərgi çərçivəsində iştirakçılar üçün xüsusi ayrılmış "B2B zona"da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, sərgidə "B2G zona" da fəaliyyət göstərəcək. Bu zonada sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyi sərginin tərəfdaşları sırasındadır. Sərginin promo tərəfdaşı Moon Group, media tərəfdaşı BHB Strategic and Creative CO, könüllü dəstəyi isə Azərbaycan Dövlət İqtisad Universitetidir.
Öz stendinizlə təmsil olunmaq üçün qeyd olunan linkə keçid edərək müraciət edə bilərsiniz:
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Ziyarətçi qeydiyyatı üçün:
Ətraflı məlumat üçün:
Vebsayt: marsolexpo.az
Telefon: *0555

İqtisadiyyat       Tarix: 19 aprel 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber son xeberler 2026 xabar az son xeberler bugun 2026 azerbaycan