Yol tikintisində dava: Restoran rəhbəri həbs edildi

Yol tikintisində dava: Restoran rəhbəri həbs edildiMuğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşasını həyata keçirən şirkətin əməkdaşı döyülüb. Oxu.Az-ın məlumatına görə, hadisə Ağsu rayonunun
KONKRET.az xəbər verir ki, Kalva kəndində yol tikintisi zamanı baş verib.
Rayon ərazisində fəaliyyət göstərən "Soyuqbulaq" restoranının sahibi Qorqud Məmmədov (soyad şərtidir – red.) şirkətin şəxsi heyət və texnikalarının qarşısını kəsərək yolun tikintisini dayandırmağı tələb edib. Sərxoş vəziyyətdə olan obyekt rəhbəri yolun bir hissəsinin ona məxsus restorana yaxın ərazidən keçdiyini iddia edib.
O, işçilərə bildirib ki, şirkətin rəhbəri əraziyə gəlməli və ona kompensasiya ödənilməlidir.
Əməkdaşlar sahibkarı sakitləşdirməyə çalışsalar da, Q.Məmmədov onlara məhəl qoymayıb və uzunluğu təxminən 1.7 metr olan armaturu götürərək şirkətin iş icraçısı Fərhad Ağayevə (soyad şərtidir – red.) hücum edib. Məmmədov iş icrasının başına və boyun nahiyəsinə həmin əşya ilə ağır xəsarətlər yetirib, həmçinin şirkətin texnikalarına ciddi ziyan vurub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, sahibkar isə oradan uzaqlaşa bilib.
Polisin keçirdiyi əməliyyat nəticəsində Q.Məmmədov yeri müəyyənləşdirilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, Məmmədov 5 il azadlıqdan məhrum edilib.

Hadisə       Tarix: 09 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda BMV klinikaya çırpıldı - Foto

Paytaxtın Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, yol ayrıcında baş verən qəza zamanı BMV və "Hunday" markalı avtomobillər toqquşub. Zərbənin təsirində

Bakıda dava: 33 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri eti

Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı

Lənkəranda çöllük ərazidə 64 yaşlı iş adamının meyiti tapılıb. KONKRET.azAPA-ya istinadən bildirir ki, Lənkəran rayon sakini 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisində qamışlıqda aşkarlanıb

Türkiyədə zəlzələ oldu

Türkiyədə 4,6 maqnitulalı zəlzələ olub. xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkan Adana vilayətinin Kozana rayonu ərazisində qeydə alınıb. Zəlzələni

Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü

Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb. -a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahi

Mingəçevirdə yük maşını bataqlıqda batdı

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barəd

İmişlidə yol qəzası oldu, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Yaşayış kompleksində güclü yanğın: 14 ölü

Çinin Şansi əyalətinin Taiyuan şəhərindəki yaşayış kompleksində güclü yanğın baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd olunub ki, yanğın nəticəsində 14 nəfər ölüb. Hadisənin təfərrüat

Gənc iş adamı toyda qəfil öldü - Foto

Kürdəmir rayonunda iş adamı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, rayon sakini, iş adamı kimi tanınan Vüqar Nağıyev toy məclisi zaman


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xabar meherremlik 2026 en son xeber son xeberler 2026