"Yuventus"la bağlı yenidən cinayət işi açıldı
Torino şəhər prokurorluğu yerli futbol klubları və funksionerləri ilə bağlı yenidən cinayət işi açıb.
KONKRET.azxəbər verir ki, prokurorluq maliyyə fırıldaqlarında şübhəli bilinənləri növbəti dəfə nəzarətə götürüb.
Artıq bununla bağlı məlumatlandırılan İtaliya Futbol Federasiyası "Yuventus" da daxil olmaqla 9 klub və 52 futbol funksioneri barədə araşdırmaların başlandığını açıqlayıb.
Turin klubu da yenidən açılan cinayət işi ilə bağlı prokurorluqdan məktub aldıqlarını təsdiqləyib. Gələn ilin yanvarında başlayacaq məhkəmənin yekununda cəzaların veriləcəyi istisna olunmur.
Digər klublar isə "Empoli", "Genoa", "Novara", "Parma", "Peskara", "Pisa", "Provelselli" və "Sampdoriya"dı.
Qeyd edək ki, Torino prokurorluğu "Yuventus"un 2019-2021-ci illərə aid maliyyə hesabatlarını araşdıraraq, işə xitam vermişdi. Bu hadisədən sonra klub prezidenti Andrea Anyelli və İdarə Heyəti istefa ərizəsi ilə komandadan ayrılmışdı.//APA

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA