Zakir Həsənov Azərbaycan Ordusunu Qurban bayramı münasibətilə təbrik etdi

Zakir Həsənov Azərbaycan Ordusunu Qurban bayramı münasibətilə təbrik etdiMüdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Qurban bayramı münasibətilə təbrik edib.
azxeber.com xəbər verir ki, təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı özündə yaşatmaqla, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək, demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqdadır.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti şəraitinin daha da yaxşılaşdırılması, sosial infrastrukturun gücləndirilməsi istiqamətində orduda genişmiqyaslı islahatlar aparılır.
Respublikamızın müdafiə qüdrətinin artırılmasında qazanılan böyük nailiyyətlər, düşmən təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu.
Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.
Ötən il Xankəndi şəhərində keçirilən 8 Noyabr - Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş Zəfər Paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanı adlandırdığı meydanda Novruz tonqalını alovlandırmaqla, Xalq, Millət, Dövlət birliyinin təcəssümünü və Böyük Qələbəsini təsdiqlədi.
Bu gün işğaldan azad olunmuş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəksiniz.
Respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram.
Bu bayram həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.
Bayramınız mübarək olsun".

Siyasi       Tarix: 14 iyun 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbərlər xabar az cəbhədən canlı metbuat