Zaxarova: Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır

Zaxarova: Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır"Azərbaycan təyyarəsinin qəzaya uğraması faciəsi ilə bağlı Rusiya ilə Azərbaycan arasında bütün səviyyələrdə təmas qurulub".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Azərbaycanın təyyarəsinin qəzaya uğramasının Rusiya üçün də faciəvi hadisə olduğunu söyləyib: "Prezidentlərimiz iki dəfə telefon danışığı aparıblar. Xarici işlər nazirlərimiz danışıblar. Çox vacibdir ki, istintaq orqanları sıx əməkdaşlıq edir. Rusiya XİN başçısı Sergey Lavrovun illik mətbuat konfransında qeyd etdiyi kimi, baş vermiş hadisənin bütün faktlar və faktorlar nəzərə alınaraq hərtərəfli təhlili aparılır".
Rusiya XİN sözçüsü vurğulayıb ki, qəza ilə bağlı hamıya həqiqət lazımdır: "Bizim hamımıza həqiqət lazımdır. Düşünürəm və inanıram ki, hər bir Azərbaycan vətəndaşına həqiqət lazımdır, deyə bilərəm ki, bu həqiqət heç bizim ölkəmizə də az lazım deyil. İndi bu həqiqəti axtarıb tapmaq üçün səyləri birləşdirmək vacibdir".
Zaxarova KİV, messencerlər, sosial şəbəkələr vasitəsi ilə destruktiv məqsədlərlə istintaqın gedişatına kütləvi təsir cəhdlərinin müşahidə olunduğunu da söyləyib: "Bunlardan biri şəbəkələrdə guya Sergey Lavrov adından Azərbaycan diplomatlarına ünvanlanmış məktubdur. Biz bunu təkzib etdik. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bu "feyk" pis olmayan ingilis dilində tərtib olunmuşdu. Bunun arxasında kim dayanır? Bu, kimə lazımdır? Düşünürəm ki, bu, Rusiya ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərinə zərbə vurmaq istəyənlərə, o cümlədən ümumavropa aviasiya logistikasını addım-addım məhv edənlərə lazımdır".
Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər qəzadan sağ çıxıb.
///apa / azxeber.com

Siyasi       Tarix: 16 yanvar 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeber azerbaycanda son xeberler sonxabar az xeberler az