Zelenski Emmanuel Makronla Ukraynaya qoşun yeridilməsi məsələsini müzakirə edib

Zelenski Emmanuel Makronla Ukraynaya qoşun yeridilməsi məsələsini müzakirə edibUkrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukrayna ərazisinə Qərb hərbçilərinin yerləşdirilməsi məsələsini növbəti dəfə qaldırıb.
KONKRET.azxəbər verir ki,  bu barədə Zelenski özünün "Telegram" kanalında məlumat verib: "Bu gün mən Fransa prezidenti Emmanuel Makronla danışdım. Biz döyüş meydanındakı vəziyyəti və Ukrayna qüvvələrinin Kursk əməliyyatındakı uğurlarını ətraflı müzakirə etdik. Biz həmçinin Fransanın Ukraynaya qoşun yeritmək təşəbbüsü də daxil olmaqla, effektiv sülh və təhlükəsizlik təminatlarının hazırlanması üçün əsas müttəfiqlərlə sıx əməkdaşlıq etməyə razılaşdıq. Biz onun həyata keçirilməsinin praktiki addımlarını, mümkün genişləndirilməsini və digər ölkələrin bu prosesə cəlb olunmasını nəzərdən keçirdik".
Dekabrda Brüsselə səfəri zamanı Zelenski Makronla görüşüb, həmçinin Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsini müzakirə edib. O zaman Fransa prezidentinin "köhnə ideyasını" dəstəklədiyini bildirən Zelenski, təfərrüatları açıqlamayıb və bunun sadə proses olmadığını, risklərin olduğunu bildirib.
Daha əvvəl "Reuters" Avropa və Ukrayna rəsmiləri arasındakı mənbələrə istinadən xəbər vermişdi ki, Avropa ölkələri atəşkəs və ya barışıq əldə olunacağı təqdirdə, sayı 100 minə qədər əsgər ola biləcək Ukraynaya qoşun yeritmək məsələsini müzakirə edir. Agentlik həmçinin bildirib ki, Makron və Polşanın baş naziri Donald Tusk Varşavada keçirilən görüşdə Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi imkanını müzakirə ediblər. Makronla danışıqlardan sonra Tusk bəyan edib ki, Polşa atəşkəsdən sonra belə Ukraynaya qoşun göndərmək fikrində deyil. Noyabr ayında Makron bunu Britaniyanın baş naziri Key Starmerlə də müzakirə edib.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 15 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycanda son xeberler sonxabar az son xeberler 2026 qurban bayrami 2026