Zeynal Nağdəliyevin qohumuna yüksək vəzifə verildi
Tofiq Bəhramov adına Respublika stadionunda növbəti dəfə direktor təyinatı baş tutub.
KONKRET.azxəbər verir ki, ötən ilin iyulunda "Neftçi"dən ayrılaraq bu vəzifəyə təyin olunmuş Tələt Məmmədov postundan ayrılıb.
Yeni direktor isə Elnur Nağdəliyevdir.
E.Nağdəliyev daşınmaz əmlak sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdən birində binaların idarəedilməsi üzrə menecer vəzifəsində çalışıb. 2019-cu ilin iyunun 22-də Beynəlxalq Daşınmaz Əmlakın İdarəedilməsi Assosiasiyası təşkilatı tərəfindən "CFM – Certified Facility Manager" sertifikasiyasını müvəffəqiyyətlə keçib. Bununla da E.Nağdəliyev Qafqaz ölkələri arasında IFMA-nın bu dərəcəsi üzrə sertifikatını əldə edən ilk şəxs olub.
Yeni direktor Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Prezident Administrasiyası rəhbərinin keçmiş müavini, hazırda Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri işləyən, tarix elmləri doktoru Zeynal Nağdəliyevin yaxın qohumudur.
Qeyd edək ki, bu, Tofiq Bəhramov adına Respublika stadionunda son iki il ərzində üçüncü direktor təyinatıdır. Ötən ilin aprelində Tələt Məmmədovdan əvvəl Babək Hidayətov bu posta təyin olunmuşdu.//Prosport.аz
Xidmetler [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu