Zohrabyan: "1-2 aydan sonra Qarabağdakı proseslər Ermənistana keçəcək"
"Arayik Arutyunyanın bugünkü istefası gecikmiş addımdır, o, bunu müharibədən dərhal sonra etməyə borclu idi".
KONKRET.az xəbər verir ki, bunu keçmiş erməni deputat Naira Zöhrabyan deyib.
O, Arutyunyanın dərhal həbs edilməli olduğunu vurğulayıb
"Hesab edirəm ki, hər ikisi Arayik Arutyunyan və baş nazir Nikol Paşinyan müharibədən dərhal sonra istefa verməli və məhkəmə qarşısına çıxmalı idilər. Arutyunyan üç səhifəlik istefa məktubu yazmaqla və Qarabağ xalqından bağışlanma diləməklə, çox yanılmış olacaq", – deyə Zöhrabyan əlavə edib.
O, əmin olduğunu bildirib ki, 1-2 aydan sonra Ermənistanda da eyni proseslər baş verəcək:
"Baxmayaraq ki, Nikol Paşinyan İrəvan merliyinə namizədini irəli çəkərək, bunu indiki hakimiyyətə sülh müqaviləsi imzalamaq üçün bir növ etimad referendumu adlandırmaq istəyir. Amma bunu bacarmayacaq. Sən bunu etməyəcəksən, Nikol! Vaxtınız olmayacaq, çünki getməyiniz uzaqda deyil", – deyə Zöhrabyan baş nazirə müraciət edib.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu