12 yaşında məktəbi qurtaran yeniyetmə özünə iş qurdu - FOTO
12 yaşında məktəbi qurtaran yeniyetmə özünə iş qurdu - FOTO
Amerikanın Şimali Karolina ştatından olan yeniyetmə Mayk Uimmer 12 yaşında olmasına baxmayaraq, artıq orta məktəbi və kolleci bitirib, həmçinin özü üçün iki iş qurub.
Bu barədə "NBC News" xəbər verib.
Məlumata görə, Mayk Uimmer uşaq yaşlarından dərsləri rahatlıqla öyrənib, amma yaşının azlığından ciddiyə alınmayıb və istədiyi əlavə dərslərə girə bilməyib. Bundan sonra o, boş vaxtlarında iki texnoloji şirkət yaradıb.
O, ilk şirkəti "Next Era Innovations"ı yeddi yaşında işə salıb.
Koronavirus pandemyası müddətində məktəbə getmə zərurətinin olmaması ona daha çox vaxt verib və o, zamanını əlavə dərslərə sərf edib. 2020-ci ilin dekabrında Mayk məktəb proqramının mənimsəyib və diqqətini kollec təhsilinə yönəldib. Cari ilin iyun ayında Uimmer həm məktəbi, həm də kolleci bitirib.
Qeyd edək ki, Uimmer elmi və iş yükünə baxmayaraq, uşaqlara məxsus məşğuliyyətlərə də vaxt tapır.
"Otağım "Hot Wheels" maşınları ilə doludur, yerdə oyuncaq dəmir yolu var və hər yerdə "Lego" oyuncaqları səpələnib. Mən həm dərsdən, həm işdən zövq alıram, həm də uşaq olaraq qalıram", - deyə o bildirib.










Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin FOTOLARI
Tural Əlizadəyə vəzifə verildi
Trampdan İrana xəbərdarlıq: Çox ciddi yanaşırıq
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Bakıda ögey bacısının qətlində şübhəli bilinən kişi saxlanıldı
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
Türkiyədə zəlzələ oldu
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Polad Həşimovun anasının səhhəti ilə bağlı son vəziyyət açıqlandı
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib - FOTO