"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?
Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib.
Bu, dünyanın ən güclü süni intellekt çipidir və tərtibatçılar "ChatGPT-5" texnologiyasından istifadə edərək onun əsasında ümumi süni intellekt yaratmağı planlaşdırırlar.
Süni intellekt üzrə rusiyalı ekspert və data elmləri mütəxəssisi Yaroslav Staruxin bunun istifadəçilər üçün nə demək olduğunu və "ChatGPT"nin yeni versiyasının texnoloji sıçrayış edəcəyi barədə danışıb.
"Şirkətin belə bir prosessor alması onun infrastrukturunun xeyli güclənəcəyi deməkdir. Məhz, dil modellərinin sürəti artacaq və onlar yüksək dəqiqliklə istifadəçilərə daha uyğun cavablar verəcək. Yeni prosesin yaddaş ötürmə qabiliyyəti əvvəlki modeldən 1,5 dəfə, yaddaş tutumu isə demək olar ki, 2 dəfə böyükdür. Bunlar fenomenal göstəricilərdir, çünki süni intellekt sistemləri artıq kifayət qədər yüksək səviyyədə işləyir. Əgər miqyası qiymətləndirmək üçün vizual analogiya gətirsək, bunu 2D-dən 3D qrafikaya keçidlə müqayisə etmək olar. Şirkət bu yay buraxılması gözlənilən çipdən "Chat GPT-5"də istifadə etməyi planlaşdırır. Amma dəqiq tarix hələ məlum deyil", - ekspert izah edib.
İlk növbədə, yeni texnologiya sistemin multimodallığında, yəni giriş və çıxışda müxtəlif növ məlumatların dəstəklənməsində öz əksini tapacaq
"Bu o deməkdir ki, şərti olaraq vərəqdə hansısa diaqram çəkmək, onu şəkil şəklində çatbota yükləmək, ondan bu məlumatlar əsasında slaydlar və hekayə hazırlamağı xahiş etmək mümkün olacaq və o, bu vəzifəni mükəmməl şəkildə yerinə yetirəcək. Həmçinin, yeni versiya yüksək keyfiyyətli kod yaza, biznes və insanların gündəlik həyatı üçün lazım olan bir çox digər tapşırıqları yerinə yetirə biləcək. Mümkündür ki, biz neyron şəbəkənin onlayn terapevt və ya hüquq köməkçisi kimi yüksək keyfiyyətli imkanlarını görəcəyik", - deyə mütəxəssis əlavə edib.
Staruxinin sözlərinə görə, yeniliklər gündəlik işlərin və təhsil tapşırıqlarının avtomatlaşdırılması üçün daha da geniş imkanlar yaradacaq.
"Aydındır ki, "bəşəriyyətin mümkün məhvedicisi ChatGPT"nin yeni texnoloji sıçrayışı, bəzi mütəxəssislərin dediyi kimi, cəmiyyət üçün də problemlərə səbəb olacaq. Bir neyron şəbəkəsi gündəlik monoton iş üçün istifadə olunursa, bu başqa, şəxsi mənfəət üçün istifadə edildikdə isə tamam başqa haldır. Çox güman ki, təhsil sistemi dəyişməli olacaq, çünki belə güclü süni intellekt sistemi universitet səviyyəli tapşırıqları mükəmməl şəkildə yerinə yetirəcək, yüksək keyfiyyətli esselər yazacaq və s. Bu isə həqiqətən istedadlı mütəxəssisləri aşkarlamağı demək olar ki, mümkünsüz edəcək. Bundan əlavə, modelin geniş tətbiqi ilə məktəblilərin və tələbələrin deqradasiyası riski də var. Axı biz tapşırıqları yerinə yetirməklə, esse yazmaqla müxtəlif bacarıqları öyrənirik və bu proses pozulacaq. Ona görə də biz insan yetişdirmək prinsiplərini dəyişməli olacağıq. Hər halda, "ChatGPT-5"in potensialı əvvəlki versiya ilə müqayisə olunmayacaq. Neyroşəbəkə son istifadəçilər və biznes üçün dəfələrlə daha güclü, daha dəqiq və daha məhsuldar olacaq", - deyə ekspert yekunlaşdırıb.
Mənbə: gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 13 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar son xeberler azerbaycan xəbər.az xəbərlər