15 yaşlı qızların ZORLANDIĞI otellər nə vaxt BAHALAŞACAQ, yaxud BAĞLANACAQ? - Qazanc BİABIRÇILIĞI

15 yaşlı qızların ZORLANDIĞI otellər nə vaxt BAHALAŞACAQ, yaxud BAĞLANACAQ? - Qazanc BİABIRÇILIĞIOtellər Yeni İl bayramı ilə bağlı varlanmaq istəyirlər. Təəccüblü heç nə yoxdur, çünki bu, bayramqabağı sindromlardandır və bahalaşma təkcə otellərlə kifayətlənmir.
KONKRET.az xəbər verir ki, sözügedən sahənin ekspertləri qiymət artımını çox insanın xarici səfər kefindən məhrum olduğu, yəni imkansızlıqdan ölkədaxili istirahətə üstünlük verdiyi ilə izah edirlər. Bu da daxili turizmin inkişafı, rəqabətlilik əmsalının yüksəkişinə gətirib. Guya ki, ölkədaxili istirahət ucuzdur? Özü də ki, rəqabət mühiti olanda qiymətlər aşağı salınır ki, xidmətdən yararlanan çoxalsın. Hər nə isə, bizdə ancaq qalxır:
– Ümumi bahalaşmanın təsiri var;
Son illər ölkədə mehmanxanaların sayı artıb və bunların çoxu otel yox, cinsəl təlabat gecəqondusu xarakteri daşıyır. Belə yerlərdə nömrə rezerv etmək 20-50 manat civarındadır. 5-20 aralığında hostellər də mövcuddur. Nömrəni saatla verənlər də var. Yəni mənzili olmayanlar məşuqələrini ora aparır. Hazırda normal otellərə giriş zamanı yalnız sifarişçinin şəxsiyyət vəsiqəsi yoxlanılır. Amma yadınızdadırsa, 2017-də islam oyunları zamanı "ərəb gecələri"nin yaratdığı səs-küyə görə otellər ciddi nəzarətdə saxlanılırdı. Müştərilərin yaş məhdudiyyəti yoxlanılmayan halda mehmanxanalar cərimələnir, hətta bağlanırdılar. İndi isə dərəbəylikdir.
Bunu yazmaq səbəbim nədir?
Xırdalanda 15 yaşlı qız hoteldə zorlanıb. Hadisə Xırdalan şəhərində yerləşən hotellərdən birində baş verib. Polisə müraciət edən qadın Ceyhun adlı oğlanın hoteldə qızı, 15 yaşlı A.Y. ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirib. Anası qızını zorlayan şəxsin istintaqa cəlb edilməsini istəyir. Daxil olan şikayət əsasında Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlayıb.
İndi özünüz qərar verin, otellərdəki qiymətlərin, yoxsa pozğunluğun artmasından danışaq?
Qadın olacaq azyaşlı qızların həyatı korlanır. Bir vaxtlar Rusiya ilə bağlı araya qoyduqlarımız indi öz başımıza gəlib və inanın ki, şimaldakı müasirliyi "ötmüşük". Çünki bizdəki müasirlik yox, pozğunluqdur. Azadlıq və azğınlıq fərqli anlayışlardır. Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyətsizdir demək olmaz. Qurumlar müxtəlif maarifləndirici layihələr həyata keçirirlər. Məktəbli qız otelə gedirsə, bunda Təhsil Nazirliyini də günahlandırmaq yersiz olar. Otellər küçə itinin dərisində gənə kimi çoxalırsa, Sahibkarlığın İnkişafı Fondunu da ittiham etmək olmur. Biznesin inkişafı və qazanc mənbələrinə imkan verilir. Amma pozğunluq və cinayətlərə də yol açılır:
– Hansısa qızın nüfuzu aşağı salındı;
– Psixologiyası zərbə altında qaldı;
– Gələcək həyat və ailə ümidi azaldı;
Nəzərə alsaq ki, özünəqəsd edənlərin əksəriyyəti travmalı, qapanıq insanlardır, deməli, bununla mübarizə aparmaq lazımdır. Bu zədələrə yol verən bütün qanunsuzluqlar aradan götürülməlidir. Yox, əgər hansısa otel adı ilə fəaliyyət göstərən və qanunsuzluq edən gecəqondu vergi ilə dövlət büdcəsinə xeyir verir deyə bağlanmırsa, dövlətin əsas sütunu olan sağlam ailə standartı daha da çökəcək. Pozğunxana kimi fəaliyyət göstərən mehmanxanaların bəziləri dövlətə vergi yox, dövlətdəki kimlərəsə "dolya" verirsə, o zaman situasiya daha mürəkkəbdir.
Mürəkkəbin isə ləkəsi tez yuyulmur.
KONKRET.az-ın Araşdırma Qrupu

Hadisə       Tarix: 06 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat xeberler az son xəbərlər bugün 2026 ən son xəbər