18 yaşında həbs olundu, çıxıb günahsızlığını sübut etdi
Kor şahidin ifadəsi əsasında qətl törətməkdə təqsirli bilinən çikaqolu sakin şəhər administrasiyasını və polis idarəsini məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, bu barədə "FoxNews" məlumat yayıb.
Nəşrin məlumatına görə, Darien Harris 2014-cü ildə 18 yaşı olarkən məhkum edilib. O, "South Side" yanacaqdoldurma məntəqəsində atışmada bir adamı öldürməkdə ittiham olunurdu. Bütün proseslərdən sonra məhkəmə onu 12 il müddətinə azadlıqdan məhrum etmişdi.
Lakin azadlığa çıxandan sonra Darien Harris iş üzrə əsas şahidin ağır qlaukoma xəstəliyindən əziyyət çəkdiyini və bu faktı istintaqdan gizlətdiyini müəyyənləşdirib.
Harris dərhal federal məhkəməyə müraciət edərək, polisi sübutlar uydurmaqda və şahidləri yalan ifadə verməyə məcbur etməkdə ittiham edib. O, həbsin onun həyatını, sözün əsl mənasında, məhv etdiyini vurğulayıb.
"Mənim heç bir maddi yardımım yoxdur. Mənə hələ də cinayətkar kimi yanaşırlar, ona görə də yaxşı iş tapa bilmirəm. Məktəbə getməkdə çətinlik çəkirəm", – Harris deyib.
Xatirə SADİQ,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var