"2-3 futbolçu bizi Avropa çempionatına çıxaracaq?"

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda İslandiya yığmasını qəbul edəcək.
KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Sabah bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayırıq. İslandiya üçün də çox önəmli oyundur. Şanslarını itirməmək istəyəcəklər. Futbolçularıma inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. İnanıram ki, bizi tək qoymayacaqlar və bizə motivasiya verəcəklər. Rəqib Fransa ilə son matçda xal qazandı. Ukraynaya uduzsalar da, məğlubiyyətə layiq deyildilər. Çox yaxşı oynamışdılar. İlk oyunda ağır məğlubiyyət almışıq. Futbolçulardan o matçı unutmaqlarını istədim. Həmin görüş çox ağır keçmişdi. İtkilərimiz var. İstəməzdik ki, olsun. Amma milliyə kimlər çağırılıbsa, onlar üçün şansdır. Elvin Cəfərquliyev xəstələndi, Emin Mahmudovun oynayıb-oynamaması sual altındadır. Kimə şans veriləcəksə, onlar üçün fürsət olacaq. Sabah azarkeşlərimizi sevindirmək istəyirik. Gələcəyimiz üçün buna ehtiyacımız var. Bu oyunlar bizim üçün vacibdir.
– İslandiya ilə ilk oyunla müqayisədə nəyi dəyişmək olar?
– İslandiyanın oturuşmuş heyəti var. Avropanın bir çox klublarında oynayan futbolçulara sahibdirlər. Onların özlərinə məxsus oyunları var. Yeni məşqçi gələndən daha kreativ oynayırlar. Əvvəlki oyunları ilə çox fərq var. İlk matç haqda çox da danışmaq istəmirəm. Buraxılan qollardan sonra dağınıqlıq olmuşdu. Bu da böyükhesablı məğlubiyyətə gətirib çıxardı. Amma Reykyavikdəki qarşılaşmanı unutmalıyıq. Son matçlardakı əzmkar mübarizəni göstərib, xal qazanmaq istəyirik.
– Azərbaycan millisində məğlubiyyət qorxusu yoxdur?
– Hər oyuna çıxanda futbolçularımdan qələbə qazanmağı istəyirəm. Onlar da bunu istəyir. Futbolçularımızın təzyiq altında olmasına səbəb yoxdur. Rəqib daha çox təzyiqdədir. Onların şansı var. Biz daha rahat öz futbolumuzu oynamalıyıq. Yeni oyunçularımızın ilk matçı ola bilər. Onlara dəstək olmalıyıq. Ev oyunu olduğu üçün azarkeş dəstəyinin olacağına inanıram.
– Sizin gəlişinizdən sonra milli qollar vurub. Bunun davamını gətirə biləcəksiniz?
– Hər oyunda qol vurmaq istəyirik. Millimizin hücum potensialı var. Təəssüf ki, bəzi futbolçular bu matçda iştirak etməyəcək. Qələbə qazanmaq istəyirsənsə, mütləq qol vurmalısan.
– İslandiya ikinci mərtəbədə təhlükəlidir. Bunun qarşısını necə alacaqsınız? 
– Bu, rəqibin üstün cəhətlərindəndir. İlk oyunda da birinci qolu standart vəziyyətdən vurublar. Bunun üzərində çalışırıq. Fransa ilə görüşdə də standart vəziyyətdən qol buraxdıq. Standart vəziyyətlərə önəm verəcəyik.
– Futbolçulara özünəinam hissi gəlib. Bunu necə etdiniz?
– Futbolçulara inam verməliyik. Bu, məşqçilərdən futbolçulara keçir. Danışırıq. Harada olduğumuzu dərk etməliyik. Ölkənin birinci komandasında çıxış edirlər. Hansı rəqiblərlə qarşılaşdığımızı bilirik. Futbol inkişaf edir. Meydançada istəkli olmağa heç nə mane olmur. Hansısa keyfiyyətdə uduza bilərik. Amma istəkli olmağa heç nə mane olmur. Futbolçular son matçlarda bunu göstərdilər. Bunu davam etdirməliyik. Oyun planında da inkişaf etməliyik. Oyundan-oyuna fərqli olmalıdır. Bu yöndə işlər davam edir.
– Milliyə 4 qapıçı dəvət etmisiniz. Onlardan biri klubunda oynamayan Rza Cəfərovdur. Niyə 4 qolkiper dəvət etdiniz?
– Şahruddin Məhəmmədəliyev cəzalıdır və siyahıda 3 qapıçı mütləq olmalıdır. Ona görə 1 qapıçı da əlavə çağırdıq. Səlahət Ağayev təcrübəlidir. Rzanın klubunda oynamamasını bilirik. Ona dəstək olmalıyıq. O da qışdan sonra qərar verib, oynamalıdır. Rzanın yaşını nəzərə alırıq, gəncdir.
– Kamran İbrahimov son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Onun milliyə dəvəti müzakirə mövzusu ola bilər?
– Adlarla danışmaq istəmirəm. Sözüm kiminsə xətrinə dəyə bilər. Hər kəs milliyə dəvət ola bilər. Kimin futbola necə baxdığı da önəmlidir. Nəyə görə inamlı çıxış deyirsinizsə, müzakirə mövzusudur. Kamran perspektivli qapıçı olub. Bu gün məsələyə tək qurtarışla baxmırıq. Millidə böyük oyunlar olur. Şahruddin və digər qapıçılarımız az oynasa da, onların təcrübəsi yetərlidir. Gələcəkdə hər futbolçuya şans ola bilər.
– Sabah Rüfət Abbasovun oynamaq ehtimalı var? İki mərkəz hücumçusu millidədir. Renat Dadaşov da 90 dəqiqə oynamır…
– Elvin Cəfərquliyevin yoxluğu böyük itkidir. O, çox yaxşı formada idi. Millidə önəmli oyunçulardandır. Sabah Rüfəti meydanda görə bilərik. Hücumçular məsələsinə gəldikdə, gəlin oynayıb-oynamamağı haqda danışmayaq. Bu, yaralı yerimizdir. Qısa vaxtda böyük dəyişiklik etməyə geniş seçimimiz yoxdur. Burada olanlar ən yaxşılarımızdır. Maksimum 10-12 futbolçunu da namizəd görə bilərik. Futbolçularla çox danışırıq. İnanıram ki, gələn mövsüm bu oyunçular meydanda çox olacaqlar.
– "Turan Tovuz"dan niyə milliyə dəvət alan futbolçu yoxdur?
– Faiq Hacıyevi çağırırıq. İstəyirdim yenə çağıram. Rüfət Abbasova üstünlük verdik. Faiqin mövqeyində Qismət Alıyev, Abbas Hüseynov, Rəhman Daşdəmirov var. Rəqabət böyükdür. "Turan Tovuz"da potensiallı futbolçular var. Onlar gələcək karyeralarını fikirləşməlidirlər.
– Elvin Cəfərquliyev, Musa Qurbanlı və Mahir Emrelinin olmaması komandanın potensialını aşağı salacaq?
– Elvinin hazırda yaxşı formada olmasını deməliyik. Çempionlar Liqasında bütün matçlarda oynayır. Elvin bizim üçün böyük itkidir. Musa, Mahir əvvəlki oyunlarda bizə kömək edib. Hücum potensialını fikirləşsək, Musa və Mahir bizim üçün böyük itkidir. Hücumda variantlarımız azalıb.
– İslandiya millisinin baş məşqçisi bildirdi ki, Azərbaycanda sistem eynidir, sadəcə indiki milli daha istəkli oynayır…
– Sistem eyni deyil, fərqlidir. Son oyunlarımıza baxıb, istəklə bağlı belə danışıb. Fransa millisi də bizə qarşı ciddi hazırlaşmışdı, Ukrayna da. Biz də rəqibi təhlil edirik. İstəklə bağlı düz qeyd edib.
– Əcnəbi futbolçuları milliləşdirməklə bağlı məsələ nə yerdədir?
– Bu dəqiqə buna lüzum görmürəm. Şəxsi fikrimdir. İlk olaraq qarşımızdakı məqsədi bilməliyik. 2-3 futbolçu bizi Avropa çempionatına çıxaracaq? Öz futbolçularımıza üstünlük veririk.
– Xəyal Əliyevə qulaqburması verdiniz?
– Xəyal istedadlı futbolçudur. Belə davam edərsə, ən yaxşı futbolçularımızdan biri ola bilər. Hər bir futbolçunun mənfi xüsusiyyətləri var. Bu yaşda səhv edə bilərik. U-21 yığmasından qısa müddətdə A komandaya çağırılıb, əsas heyətdə görürüksə, az iş deyil. Onların beynəlxalq təcrübələrinin olmasını istəyirik.
– U-19 yığması Çexiyaya 1:6 hesabı ilə uduzub. AFFA rəhbərliyi ilə ümumilikdə futbolumuzun durumu ilə bağlı danışırsınız?
– Əlbəttə. İnanın ki, 3-4 gün öncə AFFA-da idim. Baş katiblə bu oyunlar haqda danışırdıq, mövzu elə yerə getdi ki, uşaq futbolu, problemlər… Bir də gördük ki, 4 saatdır danışırıq. Çox çətindir. Bizdən üstün rəqiblərə qarşı çətinlik çəkirik. Tək əsas milli yox, digər yığmalar da. Demək ki, biz onlardan zəifik. Biz inkişaf ediriksə, onlar 5 addım atır. Biz bir meydança tikib seviniriksə, onlar 10-nu tikilir. Bu rəqabətdə uduzacağıq. Amma təslim olmalıyıq? Yox. Bir az da aktiv olmalıyıq, problemləri həll etməliyik. Futbolçuların inkişafı üçün klublar önəmlidir. O futbolçular klubdan gəliblər. Klublardakı iş önəmlidir. Klublarda uşaq futboluna necə yanaşacağıq? Uşaq futbolu ayrılmalıdır. Bəlkə də normaldır. Bəzi böyük klublar var ki, akademiyaları çox zəifdir. Daha çox kənardan oyunçu gətirirlər. Bizdə proses getməlidir, uşaq komandaları artmalıdır. Buna başlamasaq, akademiyaların tikilişi… Bunlar olmasa, bu hesablar olacaq.

İdman       Tarix: 13 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun az xeber kriminal xeberler xeber.az 2026