Türkiyə nəhənglərindən "Beşiktaş"a dəstək bəyanatları
"Trabzonspor", "Fənərbağça" və "Qalatasaray" klubları Gürcüstanda təhlükəsizlik qüvvələrinin "Beşiktaş" azarkeşlərinə güc tətbiq etməsini kəskin şəkildə pisləyiblər.
KONKRET.azxəbər verir ki, Türkiyə klubları bununla bağlı sosial şəbəkə hesablarında dəstək bəyanatları yayıblar.
"Bu axşam Gürcüstanda təhlükəsizlik qüvvələrinin "Beşiktaş" azarkeşlərinə qarşı zorakılıq edilməsini kəskin şəkildə pisləyirik.
Türkiyə futboluna və azarkeşlərimizə qarşı edilən haqsızlıqlar qarşısında birlikdə dayanmaq və həmrəylik nümayiş etdirmək ən əsas məsuliyyətimizdir.
"Trabzonspor" klubu olaraq "Beşiktaş" ictimaiyyətinin və bu axşam haqsızlığa məruz qalan azarkeşlərinin yanında olduğumuzu bildiririk. Hadisələr zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən azarkeşlərə şəfa diləyirik", – deyə Trabzon təmsilçisinin bəyanatında bildirilib.
"Fənərbağça" da "Beşiktaş" klubuna dəstək bəyanatı yayıb:
"Avropada ölkəmizi təmsil edən "Beşiktaş"ın Gürcüstanda keçirdiyi qarşılaşmadan əvvəl və oyun zamanı vətəndaşlarımıza qarşı törədilən hücumları kəskin şəkildə pisləyirik. "Beşiktaş" azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsi qəbuledilməzdir.
"Fənərbağça" İdman Klubu olaraq Türkiyə idmanına və vətəndaşlarımıza qarşı hər cür haqsızlığın əleyhinə olduğumuzu vurğulayırıq".
"Qalatasaray" klubunun yaydığı dəstək bəyanatında isə deyilir:
"Türkiyə klublarının beynəlxalq yarışlarda öz meydanlarında və azarkeşləri qarşısında oynamaq hüququndan məhrum edilməsini qəbul etmirik.
UEFA klublarımıza qarşı bərabərlik prinsipindən uzaq, ikili standartlara əsaslanan təcrübəsinə artıq son qoymalıdır!
Bu axşam Gürcüstanda təhlükəsizlik qüvvələrinin "Beşiktaş" azarkeşlərinə güc tətbiqini də kəskin şəkildə pisləyirik.
"Qalatasaray" İdman Klubu olaraq "Beşiktaş" klubunun və baş verən hadisələrdən zərər çəkən azarkeşlərin yanında olduğumuzu bildirir, xəsarət alan azarkeşlərə şəfa diləyirik".
Turlar.az [newsid: 0-123300]

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Putin Rusiyaya artıq heç nə təklif edə bilmir: yalnız müharibə, yoxsulluq və ümidsiz gələcək
Azərbaycanda kürəkən qayınatasını öldürdü
Bakıda iki azyaşlı bacı vəfat etdi
Elnur Həsənov vəzifədən azad edildi
Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisə
Qaz və elektrik pulunuz çox gəlməsin deyə bunları edin – Ekspertdən VACİB TÖVSİYƏLƏR
Bunu edənlər bir müddət vergidən AZAD OLUNACAQLAR
"Kredit əldə etməyin qaydaları sərtləşdirilməlidir" - AÇIQLAMA
Trampın vaxtı daralır – Rusiya və Ukrayna arasında sülh nə qədər realdır?
Azərbaycanda palçıq vulkanı püskürdü
ARB TV-dən Elgiz Əkbərlə bağlı - AÇIQLAMA
Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi
Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Özcan Deniz və digərlərinin ifadələri alındı