2024-cü ildə İqtisadi Şuranın ilk iclası keçirildi
2024-cü ildə İqtisadi Şuranın ilk iclası keçirilib.
Nazirlər Kabinetindən KONKRET.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2023-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2024-cü il üzrə Fəaliyyət Planı, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsinin nəticələri və qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının suveren kredit reytinqinin artırılması perspektivləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2023-cü il üzrə fəaliyyət hesabatı, İİTKM-nin 2024-cü il üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda maliyyə naziri Samir Şərifovun, maliyyə nazirinin müavini Azər Bayramovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR