Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər.
azxeber.com Bakupost-a istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanov "Pozan" layihəsinə müsahibəsində deyib.
O, universitetlərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin MİQ imtahanına hazırlanması ilə bağlı problemlərin olduğunu bildirib:
"Məsələn, indi MİQ imtahanı keçirilir. Dövlət İmtahan Komissiyası bu şəxsə müəllimlik ixtisası üzrə diplom verir, sonra həmin şəxs gedib yenidən MİQ imtahanı verir. Elə MİQ imtahanını da burada keçirin. Amma tələbəni də MİQ-ə hazırlayın da. MİQ-də verilən sualların heç birindən tələbənin xəbəri yoxdur.
Mən dördüncü kurs tələbələri ilə görüşmüşəm. Deyirlər ki, ya özəl məktəblərə gedəcəyik, çünki orada MİQ imtahanı yoxdur, ya da başqa sahəyə. MİQ imtahanından da ona görə keçə bilmirlər ki, həmin sualları öyrənməyiblər".
M.Mərdanov BDU-nun tədris planında dəyişiklik etmək üçün artıq 6 aydır çalışdığını, lakin bu istiqamətdə müəyyən çətinliklərin olduğunu bildirib:
"Mən təhsil sahəsində cəmiyyətdə müəyyən qədər sözü keçən adamlardan biriyəm. Lazım olsa, nazirlə də, müavinləri ilə də, rektorlarla da danışa bilərəm. Mən hələ 6 aydır bizim universitetdə tədris planında dəyişiklik istiqamətində çalışıram, hələlik onu həll edə bilməmişəm.Bilirsiniz, niyə edə bilmirəm? Çünki mənə deyirlər ki, Misir müəllim, bax, burada bu müəllimlər bu dərsi keçir. Sən dediyin olsa, o müəllimlər nə olacaq?. Sən onların çörəklərinə bais olacaqsan.
Ancaq mən çalışıram ki, o müəllimlərə az ziyan olmaqla ən azı həmin dəyişikliyi edim. Məsələn, orta məktəbdə riyaziyyat müəllimi olacaq adam bilmir ki, riyaziyyatın tədrisi metodikası nədir. Bu gedib necə müəllim olacaq? Çox ciddi problemlər var".

Ağdamda traktor minaya düşdü
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Prezident Esvatini Kralını təbrik etdi
Xaçaturyanın 44 günlük müharibə ilə bağlı açıqlaması düzəldildi – "Səhv edilib"
ƏƏSMN-in əməkdaşı ürəktutmasından vəfat etdi
"Ermənistanın gələcəyi məni maraqlandırmır" – Putinin Paşinyana mesajı belə olub?
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək