22 qat Xorvatiya çempionuna transfer olan Mahirdən ilk AÇIQLAMA - FOTO
"Çox şadam ki, "Dinamo" ilə müqavilə bağlamışam. Bu daim Xorvatiyada çempionluq titulu qazanan və avrokuboklarda oynayan klubdur".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
Zaqreb "Dinamo"suna keçən 24 yaşlı hücumçu klubun rəsmi saytına açıqlama verib:
"Xüsusilə də komanda son illərdə keyfiyyətli oyun nümayiş etdirir. Son bir neçə mövsümdə bir sıra tarixi uğurlara imza atan klub Xorvatiya və ölkə xaricində nüfuza malikdir. Komanda həqiqətən də səviyyəyə malikdir və heyətində yaxşı peşəkar futbolçular var. Bu, ciddi klubdur.
İnanıram ki, öz oyunum, səylərim nəticəsində komandanın gələcək nəticələrində pay sahibi olacağam. Titulu qoruyacağımıza və yazda "Dinamo"nu Avropada layiqincə təmsil edəcəyimizə inanıram. Bu futbol klubu artıq Zaqrebin və Xorvatiyanın rəmzidir. Böyük sayda azarkeşləri olan komanda Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir".
Qeyd edək ki, Polşanın "Legiya" klubu ilə problem yaşayan Mahir Emreli dünən 22 qat Xorvatiya çempionu "Dinamo" ilə 4,5 illik müqavilə bağlayıb.
Xatırladaq ki, "Dinamo" Avropa Liqasında mübarizə aparır. Komandanı qarşıda İspaniyanın "Sevilya" komandası ilə matç gözləyir.

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu