"Neftçi" liderliyə yüksəldi - "Qarabağ" "Kəpəz"ə qarşı
Şamaxıda baş tutan günün ilk matçı – "Araz-Naxçıvan" "Neftçi"ni qarşılaşması qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da xallarının sayını 27-yə çatdıran "Neftçi" yenidən turnir cədvəlinin liderliyinə yüksəlib.
Günün digər qarşılaşmasında isə "Kəpəz" Gəncədə "Qarabağ"la üz-üzə gələcək.
15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda keçiriləcək matçda anşlaq yaşanacağı gözlənilir. Belə ki, qarşılaşma üçün satışa çıxarılan bütün biletlər oyundan iki gün əvvəl satılıb.
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" görüşü saat 17:00-da başlayacaq.
***
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Neftçi" Şamaxı şəhər stadionunda "Araz-Naxçıvan"ın qonağı olacaq. Görüş saat 14:30-da start götürəcək.
Turnir cədvəlində paytaxt klubu 24 xalla 2-ci, Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Turun bağlanış oyununda isə "Kəpəz" öz meydanında "Qarabağ"ı sınağa çəkəcək. Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Hazırda 10 oyundan 19 xalı olan Ağdam təmsilçisi 5-ci sırada yer alıb. Gəncə klubu isə 17 xalla 6-cıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Sumqayıt"a 5:1, "Turan Tovuz" "Şamaxı"ya, "Qəbələ" "Şəfa"ya 2:0 hesabı ilə qalib gəlib, "Zirə" isə "İmişli" ilə heç-heçə edib – 2:2.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu
"Trendyol"da "Əfsanə günlər " başlayır