4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyil - Baş məşqçi
"Birinci hissədə yaxşı oynadıq. Bu hesaba layiq deyildik".
KONKRET.azxəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç "Qarabağ"a evdə 1:4 hesabı ilə uduzduqları Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis ikinci yarıda böyük səhvlərə görə qollar buraxdıqlarını söyləyib: "Ondan sonra əlimizdən gələni etdik. Amma əks hücumlarda yaxalandıq. Qapımızda belə qollar görəcəyimizi gözləmirdik. Məncə, bu səhvləri götürsək, oyunumuzun keyfiyyəti yaxşı idi. Azərbaycan çempionatında "Qarabağ"a qarşı belə təzyiq göstərən komanda görməmişəm".
Bojoviç hazırda qlobal dəyişikliklərə imkanlarının olmadığını vurğulayıb: "Günahı Yuri Matiasın və Qara Qarayevin üstünə atmaq istəmirəm. Hər futbolçumuz sonadək mübarizə apardı. Digər komandalara qarşı da belə çıxış etsək, daha asan olacaq. Bu gün meydanda Avropa səviyyəsində oyun gördük".
Baş məşqçi Emin Mahmudovun zədəyə görə əvəzlənməsinin komandaya təsir etdiyini deyib: "Eyni epizod "Qəbələ" – "Qarabağ" matçında da yaşanıb. Həmin vaxt meydan sahiblərinin futbolçusu qırmızı vərəqə almışdı".

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto