Mbappe əfsanəvi Ronaldonu geridə qoydu
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe tarixi uğura imza atıb.
"Qafqazinfo" xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda PSV ilə keçirilən qarşılaşmada (5:1) dubl edərək əfsanəvi braziliyalı Ronaldo Nazarionun göstəricisini geridə qoyub.
Belə ki, Mbappe Madrid təmsilçisinin heyətində vurduğu qolların sayını 105-ə çatdırıb.
Ronaldo "Real"ın heyətində 177 oyunda 104 qol vurmuşdusa, fransalı futbolçu bu göstəricini cəmi 121 matçda üstələyib. Mbappe hazırda "Kral klubu"nun tarixinin ən yaxşı bombardirləri siyahısında 19-cu pillədə qərarlaşıb. Onun növbəti hədəfi 106 qolla 18-ci sırada yer alan Qaret Beyli geridə qoymaqdır.
Qeyd edək ki, 2024-cü ilin yayında PSJ-dən "Real"a keçən Mbappe cari mövsümdə 18 oyunda 19 qol vurub. Fransalı hücumçu Çempionlar Liqasının bu mövsümündə bütün beş turda fərqlənərək ümumilikdə 6 qola imza atıb. / konkret.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Valyuta bazarında son vəziyyət
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir
Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu