50 min AZN-lik ev alarkən 15 min ƏDV kimi necə geri qayıdacaq?

50 min AZN-lik ev alarkən 15 min ƏDV kimi necə geri qayıdacaq?"ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur".
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir:
"Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsi bonus olaraq ona geri qaytarılacaq".
Deputatın bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi şəxslər zənn edirlər ki, 50 min manatlıq ev alıbsa, bunun 15 mini ona geri qaytarılacaq.
Maraqlıdır, bu məsələ hansı şəkildə tənzimlənəcək?
Mövzu ilə bağlı "oxu.az"a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, əmlakın dəyəri nağdsız qaydada ödənməlidir:
"Bu, vacib məsələdir. Alışdan sonra ƏDV-nin bir hissəsi qeyri qaytarıla bilər. Kredit götürüb ödənişi tam bağlayırsınızsa, mənzili dərhal ala bilərsiniz, mümkündür. Alqı-satqıdan 90 gün keçmədən bu qeydiyyatı aparmaq lazımdır.
Əgər vətəndaşın aldığı əmlakın sahəsi 500 kvadratmetrdən çox, məsələn, 600 kvadratmetrdirsə, onun ancaq 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın bir kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır".
X.Kərimli qeyd edib ki, məqsəd şəffaflıq prosesini həyata keçirməkdir:
"ƏDV geri al" layihəsinin əsas məqsədi şəffaflaşma prosesidir. 2021-ci ilin martından bu layihəni test edirik. Marketlərdə insanlar çalışırlar ki, qəbz əldə etsinlər, ödənişlərini kartla etsinlər.
Nağdsız ödəmələr insanların həvəsləndirilməsidir. Bu, alqı-satqının qanuniliyini təsdiq edir. Vergi ödənişlərinin də büdcədən yayınmasının qarşısını alır. İnsanların nağdsız ödəmələrini təkmilləşdirir, artırır".
İqtisadçı əlavə edib ki, əsas məqamlardan biri yeni tikilən binalarda alqı-satqıları rəsmiləşdirmək və yaxşılaşdırmaqdır:
"ƏDV-nin bir hissəsini geri aldıqlarına görə insanlar alqı-satqını rəsmiləşdirməyə maraqlı olurlar. Əsas məqam - tikinti sahəsində əməliyyatların şəffaflaşdırılması və təmin edilməsidir. Ödənilən ƏDV-nin 30 faizi geri qaytarıldığı üçün insanları cəlb edir.
Tutaq ki, 150 minlik əmlak alırsınızsa, bunun 123 mini əsas məbləğdir, 27 mini ƏDV-dir. 27 min manatın 30 faizini hesablayır, 8 min 100 manat ƏDV-ni geri qaytarırlar. Qiymət də 141 minə düşür".

Sosial       Tarix: 02 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol

Bu işçilərə 13 və 14-cü maaş veriləcək

Azərbaycan qanunvericiliyində birbaşa "13-cü və ya 14-cü maaş" adlanan məcburi ödəniş növü mövcud olmasa da, bəzi sahələrdə qanunvericilik və ya normativ-hüquqi aktlar səviyyəsində işçilərə ilin yekunlarına gör

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler enson xeberler maraqlı xəbərlər xeber.az bu gun