50 qəpiklik un niyə 3 dəfə baha satılır?

50 qəpiklik un niyə 3 dəfə baha satılır?Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar olan 6 min 916,6 ton buğda unu idxal edilib ki, bunun da 99,3%-i Rusiyadan ölkəmizə gətirilib.
Hesablama göstərir ki, idxal olunan buğda ununun 1 kiloqramının orta gömrük dəyəri 50 qəpik (29 sent) olub. İdxal olunan buğda ununun 1 kiloqramının ölkə daxilindəki pərakəndə satış qiyməti idxal gömrük dəyərindən 3,4 dəfə yüksəkdir. Belə ki, bu ilin aprel ayında 1 kiloqram buğda ununun pərakəndə satış qiyməti 1,71 manat olub.
Maraqlıdır, Rusiyada 50 qəpiyə satılan buğda unu nəyə görə ölkəmizdə 1.71 qəpiyə təklif edilir?
Məsələ ilə bağlı iqtisadçı-alim Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, buğda unun 1.71 manata təklif edilməsinə səbəb inhisarçılıqdır: "Ölkəmizdə əsas problemlərdən biri rəqabətsizlikdir. Rəqabət olduğu şəraitdə qiymətlərin belə ciddi fərqlənməsi mümkün deyil. Rəqabət güclü olanda "bazarın görünməz əli" konsepsiyası işə düşür və qiymətlər tənzimlənir. Lakin ölkəmizdə bu məsələdə problemlər var".
Ekspert vurğulayıb ki, daxili bazarda yük daşımalarının xərcı çox yüksəkdir: "Başqa ölkələrə nisbətən ölkəmizdə tranzit və logistik xərclər yüksəkdir. Bunlar da qiymət artımına təsir göstərir. Eyni zamanda, gömrükdə əlavə xərclər var. Yəni bu yüklərin boşaldılması, yüklənməsi, yoxlanılması, əlavə rüsumların alınması və digər xərclərin hər biri iş adamlarına əlavə xərc çəkməsinə səbəb olur. Bu da onların ölkəyə gətirdikləri məhsulu daha baha qiymətə satmasına səbəb olur".
Ekspert qeyd edib ki, bəzən sahibkarlar qanunda nəzərdə tutulmamış, Dövlət Gömrük Komitəsinin daxili qərarlarla təyin etdiyi xərcləri də ödəməli olurlar: "Bu daxili qərarlara görə, sahiblarlar həm əlavə vergi xərcləri çəkir, həm də gömrük problemləri ilə üz- üzə qalmış olurlar. Bu səbəbdən də daxili bazarda qiymət artımının şahidi oluruq". / konkret.az

Sosial       Tarix: 21 may 2024
f Paylaş

Oxşar xəbərlər

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

Polis əməkdaşları tərəfindən noyabrın 20-də keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 699 ədəd güclü təsiredici xassəyə malik həb aşkar edilərək götürülüb. xəbər veri

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir

Bu şəxslər 10 dəfə az ödəniş edəcək – Tək bir şərt var

2027-ci ildən kənd təsərrüfatı ilə məşğul olan fermerlər və sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq ediləcək, bir sıra mövcud azadolmaların müddəti uzadılacaq. yenisabah-a istinadən xəbər verir ki, Vergi Məcəlləsin

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Manat dollar qarşısında bahalaşa bilər – Sürpriz versiya

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Mana

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. O bildiri


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler son xəbər hava durumu qurban bayrami 2026