6 saylı Doğum Evində DƏHŞƏT - Yeni doğulan körpə 26 gündür niyə GİZLƏDİLİR?

6 saylı Doğum Evində DƏHŞƏT - Yeni doğulan körpə 26 gündür niyə GİZLƏDİLİR?Bakıda yeni doğulan körpə 26 gündür ki, komadadır. Söhbət iyunun 30-da Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) doğuma alınan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərovanın dünyaya gətirdiyi oğlan uşağından gedir. Ailənin iddiasına görə 6 saylı Doğum evinin ginekoloqu Nailə Şahbazovanın səhlənkarlığı və səriştəsizliyi ucbatından körpə doğuş vaxtı başından ciddi travmalar alıb. O vaxtdan indiyədək körpənin öldüyü və ya sağ qaldığı barədə məlumatsızdırlar.
KONKRET.az xəbər verir ki, Bizim.Media-ya bu barədə müraciət edən Züleyxa Əkbərovanın bacısı Aynurə Əsədbəyli bacısının bir aya yaxındır ki, ümidlə yaşadığını bildirib:
"İyunun 30-u gecə saat 2-də bacımı 6 saylı Doğum Evinə gətirdik. Nailə Şahbazova "məni niyə çağırmısız, planlarım var idi" deyə şikayətlənirdi. Səhər saat 8-də 3 kilo, 300 qram çəkidə oğlan uşağı doğuldu. Doğuşdan bir neçə saat keçməsinə baxmayaraq, məlumat ala bilmirdik. Ana və ya uşaq ölümündən şübhələndik. Xeyli müddət sonra həkim aşağı düşdü və "ana yaxşıdır, uşaq isə ağır beyin travması ilə boğulub və reanimasiyaya yerləşdirilib" dedi. Ondan sonra həkim itdi. Dəfələrlə əlaqə saxlasaq da, onu tapa bilmirdik".
Şikayətçinin sözlərinə görə bacısının və körpənin 9 ay boyunca heç bir narahatlığı, xəstəliyi olmayıb:
"Uşaq neçə il sonra olduğu üçün hər ay ana ilə birgə yoxlanışdan keçib. Bütün analizləri təmiz çıxıb. Sadəcə bacımın yaş strukturu var idi ki, ona da doğuma alan həkim razılıq vermişdi. Çünki səhhətindən heç bir şikayəti yox idi. Uşağın vəziyyəti ilə bağlı 26 gündür ki, məlumat ala bilmirik. Nə onu bizə göstərirlər, nə də sağ qaldığı və ya öldüyünü deyirlər. Bir neçə gün əvvəl uşaq həkimi körpənin öləcəyini, hətta 2 saatının qaldığını demişdi. Uşaq isə yaşayır. Amma bitkisəl həyatdadır.
Bəlkə də ölüb, bizə demirlər. Doğulandan indiyədək uşaq nəfəs aparatındadır, ürək döyüntüsü var, amma gözü açılmır və tərpənmir. Gah komadadır, gah da "özümüz yatızdırırıq" deyirlər. Həkimlə heç cür əlaqə qura bilmirik. Zəngə cavab verəndə isə "Xoşunuz gəlmirsə, evinizdə doğuzdurardız. Bundan sonra məni narahat etməyin"deyir. Uşaq həkimlərindən soruşanda başlarını aşağı salırlar.
Çünki bilirlər ki, ginekoloqun məsuliyyətsizliyi ucbatından körpə əziyyət çəkir. İmkan vermirlər ki, özümüzlə həkim aparaq, yaxud da uşağı çıxarıb başqa xəstəxanaya yerləşdirək.
Bacım uşağa süd aparırdı, indi 2 gündü onu da istəmirlər. Deyirlər ki, südü azaltmışıq, mədəsində problemi yaranıb. Hər sahə üzrə həkimin müayinəsinə, MRT aparatına və müalicəyə pul alırlar. Amma uşaq ortada yoxdur. Sənədlərini başqa həkimlərə yoxlatmışıq. "10 faiz yaşama şansı var, yaşasa da iflic qalacaq" deyirlər. Bacım isə ruh kimi gəzir, neçə il sonra tapdığı övladını qucağına alacağına ümid edir".
Məsələ ilə bağlı 6 saylı Doğum evinin ginekoloqu Nailə Şahbazovla əlaqə yaratdıq. O, açıqlama vermək istəmədiyini, rəhbərliklə danışmalı olduğumuzu bildirdi.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova isə məsələnin araşdırılacağını qeyd edib.

Hadisə       Tarix: 26 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az sonxeber az en sonxeber xeberler bugun 2026