Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - YenilənibAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədlə görüşüb.
Bu barədə azxeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, C. Bayramov Ş. Əhmədi İƏT-in Baş katibi vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İƏT-in müsəlman dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və ortaq çağırışların həlli istiqamətində rolunun əhəmiyyəti vurğulanıb.
Görüşdə İƏT çərçivəsində Azərbaycanla əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təşkilatın uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib. Bu dəstəyin beynəlxalq hüququn norma və prinsiplərinin təşviqi baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycanın növbəti ildən İƏT-ə sədrliyi çərçivəsində müəyyən edilən prioritetlər, Bakıda 2027-ci ildə keçiriləcək sammitə hazırlıqlar, üzv dövlətlər arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsi, humanitar, iqlim dəyişikliyi, gənclər, media və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də müsəlman dünyasını narahat edən məsələlər üzrə birgə səylərin artırılması ətrafında fikir mübadiləsi aparılıb.
İƏT-in institusional potensialının gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müasir çağırışlara daha çevik cavab verməsi məqsədilə islahatların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə üzv dövlətlər arasında koordinasiya və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüş zamanı həmçinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) xətti ilə həyata keçirilən humanitar yardım fəaliyyəti və İƏT məkanında humanitar əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Humanitar yardımın ehtiyacı olan əhali qruplarına çatdırılması, həmçinin müsəlman ölkələrində humanitar çağırışların aradan qaldırılması istiqamətində birgə səylərin əhəmiyyəti vurğulanıb.
C. Bayramov həmçinin qarşı tərəfə regionda post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bununla yanaşı, bölgədə mina təhdidləri və onun aradan qaldırılması istiqamətində tədbirlər diqqətə çatdırılıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
18:47
Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlığı və ölkənin təşkilata qarşıdakı sədrliyini müzakirə ediblər.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İƏT-in baş katibi İsmayıl Ould Şeyx Əhmədlə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
C. Bayramov Ş. Əhmədi baş katib təyinatı münasibətilə bir daha təbrik edib və ona bu vəzifədə uğurlar arzulayıb.
"Biz Azərbaycan və İƏT arasında əməkdaşlığın gücləndirilməsi, ölkəmizin təşkilatda qarşıdan gələn sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlıq barədə fikir mübadiləsi apardıq", - XİN rəhbəri qeyd edib.
O, həmçinin İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi uzunillik dəstəyə görə minnətdarlığını bildirib.
"Biz təşkilatın səmərəliliyinin artırılmasına və müsəlman dünyasının qarşılaşdığı çağırışlara cavab vermək imkanlarının gücləndirilməsinə yönəlmiş institusional islahatların vacibliyini vurğuladıq", – Bayramov qeyd edib.
Tərəflər İƏT-ə üzv dövlətlər arasında həmrəyliyi gücləndirməyə və dialoq, əməkdaşlıq və kollektiv fəaliyyət vasitəsilə ümumi prioritetləri irəli sürməyə hazır olduqlarını təsdiqləyiblər.
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - YenilənibAzərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - YenilənibAzərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib

Siyasi       Tarix: 26 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?

"Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyi barədə açıqlaması Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində müəyyən taktiki dəyişikliklərin olduğunu göstərsə də, bun

Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Görüş Azərbaycanla Hindistan arasında siyasi təmasların intensivləşdirilməsi

Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır

Azərbaycan və Hindistan arasında münasibətlərin əsasında qədim tarixi və mədəni bağlar dayanır. Hindistan 26 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 2

Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi ilə bağlı müəyyən qeydlərinin olduğunu bildirib. "Sputnik Ermənistan" xəbər verir ki, Paşinyan hökumətin iclasında

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. KONKRET.azxəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendr

"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib. Fərhad Xəlilovu təbrik edən Prezident İlham Əliyev dedi:. -Hörmətli Fərhad müəllim

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışlayır. KONKRET.azxəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib. Onun sözlərinə görə, Hindistan Cənubi Qafqazdak

Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir. xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycanl

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədlə görüşüb. Bu barədə -a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler sonxəbər valyuta kriminal