75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Dəhşətli cinayətin ŞOK DETALLARI

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Dəhşətli cinayətin ŞOK DETALLARINaxçıvan Ali Məhkəməsində 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidovanın apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam edir.
KONKRET.azMusavat.com-a istinadən xəbər verir ki, onlar Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalaraq qərardan apellyasiya şikayəti veriblər.
Birinci instansiya məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baxılan cinayət işi üzrə Aypara Əsgərova və Firuzə Seyidova tamah məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla adam öldürməkdə təqsirli biliniblər. Məhkəmənin hökmünə əsasən, Aypara Əsgərova 14 il 6 ay, Firuzə Seyidova isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hər iki məhkumun üç övladı var. pizza sifarişi
İttihama görə, hadisə ötən il aprelin 19-da Şərur rayonunun Oğlanqala kəndində baş verib. Kənddə tək yaşayan 75 yaşlı Zeynəb İsmayılova imkanlı qadın kimi tanınıb. İstintaq materiallarında qeyd olunur ki, onun insanlara borc verməsi və üzərində nağd pul saxlaması təqsirləndirilən şəxslərin diqqətini cəlb edib. Maddi sıxıntılar yaşayan Aypara Əsgərova Zeynəb İsmayılovanın pulunu ələ keçirmək məqsədilə cinayət planı hazırlayıb və bu barədə Firuzə Seyidova ilə razılığa gəlib.
Hadisə günü Zeynəb İsmayılova Aypara Əsgərovanın evinə gəlib və paltarlarını yumaq üçün paltaryuyan maşından istifadə edib. İttihama görə, qadın paltarları götürmək üçün əyildiyi anda ona arxadan çəkic və dəmir linglə baş nahiyəsinə çoxsaylı zərbələr endirilib. Ağır xəsarətlər alan Zeynəb İsmayılovanın daha sonra boğularaq öldürüldüyü bildirilir.
Cinayətin izlərini gizlətmək məqsədilə meyit adyala bükülərək həyətdəki su quyusuna atılıb. İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər mərhumun pul və qızıl-zinət əşyalarını götürüblər, hadisəni ört-basdır etmək üçün isə müxtəlif məlumatlar yayıblar.
Qətlin üstü Aypara Əsgərovanın qısa müddətdə borclarını ödəməsinin diqqət çəkməsi ilə açılmağa başlayıb. Axtarış tədbirləri zamanı xidməti itin reaksiyası hüquq-mühafizə orqanlarını həmin həyətə istiqamətləndirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə quyudan çıxarılan meyitin Zeynəb İsmayılovaya məxsus olduğu müəyyən edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, mərhumun kəllə sümüyündə çoxsaylı qəlpəli sınıqlar aşkarlanıb və həmin xəsarətlərin hər biri həyati təhlükəli olub.
İstintaq zamanı Aypara Əsgərova cinayəti törətdiyini etiraf edərək, məqsədinin pulu ələ keçirib Türkiyəyə getmək olduğunu bildirib. Hazırda Naxçıvan Ali Məhkəməsində iş üzrə apellyasiya baxışı davam edir.

Hadisə       Tarix: 03 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

İki gəmiyə dron hücumu: heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib. barədə məlumat verib, onlardan biri batıb. report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Telegraf Agentliyi (BTA) məlumat yayıb. Bir gəmini

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari