"8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq" - Qurban Qurbanov

Qarabağ" Misli Premyer Liqasının 10-cu turunda "Azersun Arena"da "İmişli"ni 2:0 hesabı ilə məğlub edib.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim, sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək, elə görünür. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. "İmişli"yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar.
– Komandanın tam formasını bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladız ki, komanda "Çelsi" ilə oyunöncəsi daha çox forma yığsın?
– Hər bir futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlardan öncə 60 dəqiqə azdır. Oyun da pis getmirdi. Gedişata görə etdik. Kamilo Duran çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi, belə oyundan öncə ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.
– Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiz?
– Tətbiq edəcəyim bir şey yoxdur, yenilik də. Futbol pas oyunudur. Biz bütün diqqətimizi, işimizi onu yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. Dünən "Çelsi"nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə qarşı beşli müdafiə ilə oynayırlar, belə müdafiəni yarmaq çətindir. Tək biz şikayət etmirik. Daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.
– "Neftçi" Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiz, xaricdə II Liqadan oyunçular gətirirsiz. Belə fikriniz olub ki, ulduz futbolçu gətirəsiz? 
– Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçular indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə "oynayır". Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.
– "Neftçi"nin hücum xəttindən çəkinmirsiz?
– Xeyr, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, məsuliyyət olacaq. Azarkeşlər sevinsinlər ki, belə ulduz futbolçuları görürlər.
– Joni Montiel bu gün debüt etdi. Onun haqda fikriniz necədir?
– Onun üçün motivasiya olsun deyə meydana buraxdım. Jonini meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün "23-lük"də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Joninin işinə heyfim gəldi. Ona vaxt lazımdır.
– Nəriman Axundzadənin fiziki durumu 60-70 dəqiqə oynamağa imkan verir?
– Bəli. Keçən matçda oynadı. Start heyətində olmaq imkanı var. Təhlil edəcəyik. Fiziki durumu elədir ki, meydanda 90 dəqiqə qala bilər.
– Bugünkü heyəti 100 faiz "Çelsi" ilə matçın heyəti saymaq olar?
– Həyatda 100 faizlik heç nə yoxdur (gülür).
– "Çelsi" ilə görüşdə xarakter, futbolçu keyfiyyəti, yoxsa motivasiya həlledici olacaq?
– Hamısı. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. "Çelsi" dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir.
– "Çelsi" ilə oyun üçün hamı bilet axtarır, amma "İmişli" görüşdə stadion boşdur. Bu, sizi üzür?
– Təkcə bizim oyuna görə yox, ümumiyyətlə futbolun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. Biri də var, sən motivasiya verdin, azarkeş də motivasiya verdi. "Atletik"lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verirdilər. Dayanmadılar, 90 dəqiqə dəstək oldular, bizə təzyiq etdilər. Bəzi çempionat oyunlarımızda biz 3-4 min azararkeş görəndə sevinirik, futbolçular sevinir ki, nə qədər azarkşeş gəlib. Bu cür oyunda nə qədər alqış olardı, motivasiya olardı. Azarkeşsiz futbol keyfiyyətsiz görünür. Keyfiyyətli qaldırmaq üçün səbəblər varsa, meydança amili, hava şəraiti, onlardan biri də azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunumuza gəlsinlər. 3 min nəfərlik stadiondursa, tam dolsun. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Yəqin ki, qarşıdakı illərdə olar.
– Kontenin 2017-ci ildəki "Çelsi"si daha təhlükəlidir, yoxsa Mareskanın indiki komandası?
– Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün "Çelsi" daha yuxarı səviyyədədir, Kontenin "Napoli"si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib.

İdman     Baxılıb: 372   Tarix: 01 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda komanda meydana iki qapıçı ilə çıxdı

"Şəki Siti" II Liqada meydana iki qapıçı ilə çıxıb. -a istinadla xəbər verir ki, 26-cı turu çərçivəsində baş tutan "Şəki Siti" – "Göygöl" qarşılaşmasında (2:1) ev sahibləri heyət sıxıntısı il

Əli Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir. xəbər verir ki, bu haqda Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Əli Cavadlı (45 kq) finalda rusiyalı Umar Boqatıryova heç bir şans verməyib

İmaməddin Xəlilov Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Milli Paralimpiya Komitəsindən -a verilən məlumata görə, təmsilçimiz K44 kateqoriyası üzrə 7

"Qəbələ" "Şamaxı"nı məğlub edib

Misli Premyer Liqasında sonuncu – XXII turun açılış matçında "Qəbələ" "Şamaxı"nı məğlub edib. -ınməlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib

Elvin "Qarabağ"ın tədbirinə dəvət olunmadı - Foto

"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvləri komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçirib. Tədbir mövsümün yekunlarına həsr olunub. KONKRET. -a istinadla xəbər verir ki, görüşdə "Qarabağ"ı

Rəşad Sadıqov: "İtirəcək çox şeyimiz var"

Azərbaycan Kubokunun finalında "Sabah" ilə "Zirə" arasında baş tutacaq final matçından əvvəl "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı təşkil olunub. KONKRET.azxəbər verir ki

Bu futbolçular "Qarabağ"dan gedir, Zubir isə

"Qarabağ"ın indiki heyətinin əksər oyunçuları növbəti mövsümdə də komandanın sıralarında qalmaqda davam edəcək. -a istinadla xəbər verir ki, bütün mövqelərə yeni transferlər etməyi və heyəti genişləndirməyi planlaşdıra

Komandalarımız avrokuboklarda - Oyunların və püşkatmanın tarixləri

2026/27 mövsümü Azərbaycanı UEFA-nın Avropa kuboklarında təmsil edəcək sonuncu iştirakçı da müəyyənləşib. xəbər verir ki, bu, "Neftçi"nin 32-ci turda "Sabah" üzərindəki səfər qələbəsi (2:1) sayəsində mümkü

​İkardiyə 2 illik müqavilə: Bu qədər maaş alacaq

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin karyerası ilə bağlı qeyri-müəyyənliyə son qoyulub. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi argentinalı hücumçuy


yeni xeberler azerbaycan xeberleri son xeberler maliyye xeberler bugun xeberler azerbaycan en son xəbərlər bugün valyuta mezennesi 2026