8 ildən sonra İranda BİR İLK: on minlərlə insan meydanlara toplaşdı - Dünyada CANLI YAYIMLANIR/VİDEO

8 ildən sonra İranda BİR İLK: on minlərlə insan meydanlara toplaşdı - Dünyada CANLI YAYIMLANIR/VİDEOİranın dini lideri Ayətullah Əli Xamenei bu gün paytaxt Tehranda 2012-ci ildən bəri ilk dəfə cümə namazını özü qıldırıb.
Publika.az xəbər verir ki, minlərlə insan dini liderlə namaz qılmaq üçün Tehrana axın edib.
Xameneinin öndərlik etdiyi ayin canlı yayımlanıb.
"Musallah" məscidində imamlıq edən dini lider İran xalqının bir daha birliyini və ehtişamını ortaya qoymaq istəyib.
Qeyd edək ki, Xamenei son olaraq cümə namazına İslam İnqilabının 33-cü ildönümündə rəhbərlik etmişdi.
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun (The Washington Institute for Near East Policy) xəbərinə görə, dini lider ancaq əhəmiyyətli mesaj vermək istədiyi zaman cümə namazına başçılıq edir. Bu da həmin simvolik davranışlardan biri olacaq.
"BBC Farsca"nın xəbərinə görə isə, Xamenei son dəfə cümə namazına başçılıq edəndə "Ərəb baharı" ən gərgin günlərini yaşayırdı: "O dövrdə xütbəni ərəbcə verərək Ərəb dünyasında səslənməsini təmin etmişdi. Ərəb coğrafiyasında yaşananları "İslami dirçəliş" kimi dəyərləndirərək olaylara istiqamət vermək istəmişdi. Lakin bacarmadı".
Xameneinin bu cümə namazı ilə ABŞ-a mesaj verməyə çalışdığı ehtimallar arasındadır.
Zümrüd /publika.az

Dünya       Tarix: 17 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler bu gunun xeberleri en son xəbərlər bugün