Abdullayevanı tədbirə çağırmayan Makron Azərbaycana hansı mesajları verdi? - SENSASİON DETALLAR
Bu gün Fransanın paytaxtı Parisdə İkinci Dünya müharibəsində Nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər keçiriləcək. Təntənəli mərasimə, demək olar ki, bütün səfirliklər dəvət edilsə də, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çağırılmayıb. Bəs görəsən, bu cür qeyri-adekvat addımla Fransa Azərbaycana hansı mesajları vermək istəyir? Makronun belə hərəkətinin səbəbi nədir?
Mövzunu KONKRET.az-a politoloq Zeynal Əmrəliyev şərh edib:
"Fransa faktiki olaraq Azərbaycanla düşmənçilik münasibətləri aparır. Azərbaycan səfirinin tədbirə çağırılmaması birinci növbədə diplomatik etikasızlıqdır. İkinci növbədə isə Fransanın milli azadlıq hərəkatının tarixinə hörmətsizlikdir. Çünki Fransanın işğaldan azad edilməsi zamanı Azərbaycan oğulları çox böyük qəhrəmanlıq nümunəsi göstəriblər. Təkcə "Armed Mişel" ləqəbli Əhmədiyyə Cəbrayılovun adını çəkmək kifayətdir. Məhz Əhmədiyyə Cəbrayılovla görüşmək üçün SSRİ-yə səfər edən Fransa prezidenti Şarl De Qoll Bakıya gəlib və onun fəaliyyətini yüksək qiymətləndirib. Fransanın digər rəhbərləri də bu kimi tədbirlərə Azərbaycan səfirlərini dəvət ediblər. Həmin dövrdə Fransa-Azərbaycan münasibətləri nisbətən gərgin olsa və Paris İrəvanı dəstəkləsə də, bu məsələlərdə Fransa dövləti birmənalı siyasət yürüdüb. Ancaq Makron hökuməti açıq şəkildə Azərbaycana qarşı düşmənçilik və aqressiv siyasət yürüdür. Bu, çox aciz bir addımdır. Səfirimizə qarşı atılan bu addım birbaşa Azərbaycan dövlətinə yönəlib. Fransa-Azərbaycan münasibətlərinin düzəlməsi artıq mümkün deyil. Çünki hakimiyyətdə Makron olduğu təqdirdə bu münasibətlər bərpa olunmayacaq".
Müşviq Tofiqoğlu
KONKRET.az

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var