ABŞ-da Azərbaycan vətəndaşı HƏBS EDİLDİ - FOTO
FTB tanınmış iranlı hüquq müdafiəçisi və jurnalist Məsih Əlinejadı öldürməyə cəhddə şübhəli bilinən Azərbaycan vətəndaşı Xalid Mehdiyevi həbs edib.
KONKRET.az-ın məlumatına görə, 23 yaşlı X.Mehdiyev iki dəfə hüquq müdafiəçisinin Bruklin ərazisindəki evinin qarşısında görüntülənib. Müşahidə kameraları şübhəli şəxsin görüntüsünü qeydə alıb.
Daha əvvəllər Mehdiyev Əlinejadın evində giriş qapısını sındırmağa cəhd edib.
Hüquq müdafiəçisinin özü də FTB-nin yaydığı xəbəri təsdiqləyib.
"Şəkil mənim evimin giriş qapısındakı müşahidə kameralarının videoyazısından götürülüb. Mən bura Amerikaya təhlükəsiz yaşamaq üçün gəlmişəm. Əvvəlcə məni qaçırmağa cəhd etdilər. Və burada dolu silahla evimə soxulmağa çalışan bir adam görürəm. Bu, məni şoka salır", – deyə Əlinejad bildirib.
Qeyd edək ki, İran mediasında bu gün yayılan məlumata görə, Xalid Mehdiyev Məsih Əlinejadın həyətinə daxil olub, evinin qapısına doğru irəliləyərkən polislər tərəfindən saxlanılıb. Həbs edilən şəxsin avtomobilində isə döyüş silahı aşkar edilərək götürülüb.
Mehdiyevin vəkili Stefani Karvlin şərh verməkdən imtina edib.
Xuraman Etibarlı,
KONKRET.az

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti