ABŞ-dan İrana neft ixracı TƏKLİFİ - Əvəzində regionda hücumlar dayandırılmalıdır
ABŞ İrana neft ixracını yenidən bərpa etmək təklifini irəli sürüb. Bunun müqabilində Tehrandan regionda hücumları dayandırmaq tələb olunur.
KONKRET.azxəbər verir ki, Associated Press agentliyinin regional rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ-ın İrana yönəlik təklifləri yalnız nüvə danışıqları ilə məhdudlaşmır, eyni zamanda qarşılıqlı gərginliyin azaldılması tədbirlərini də nəzərdə tutur.
Təklifə Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası və region üzrə hücumların dayandırılması daxildir. Buraya İraq ərazisində fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən qruplaşmaların, eləcə də Fars körfəzi ölkələri və İordaniyaya qarşı mümkün hücumların dayandırılması da daxildir.
Mənbənin sözlərinə görə, bunun qarşılığında ABŞ İrana qarşı tətbiq etdiyi dəniz blokadasını dayandırmalı və Tehrana neft ixracını bərpa etməyə imkan verməlidir.
Rəsmi razılaşmanın hələ əldə olunmadığı bildirilsə də, vasitəçilər bu istiqamətdə danışıqları davam etdirirlər.
Eyni zamanda, İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin idarə olunması ilə bağlı ikitərəfli danışıqların son mərhələyə çatdığı qeyd olunur. Lakin bu məsləhətləşmələr boğazın hüquqi statusu ilə bağlı müzakirələrdən ayrı şəkildə aparılır.
Natiq Səlim,
KONKRET.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub