ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTOABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO
ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərinə atıb.
Vəkil iddia edib ki, Bob Menendes evində gizlədilən qızıl külçələr haqqında heç nə bilməyib. O, məhkəmədə bu iddia üzərində israr edərək, siyasətçinin həyat yoldaşını müvəkkilinin xəbəri olmadan birlikdə yaşadıqları evlərində "var-dövləti gizlətməkdə" ittiham edib.
Rüsvayçılıqla üzləşən senatorun vəkili Manhetten Federal Məhkəməsində çıxışı zamanı bildirib ki, Menendesin arvadı Nadin Arslanyan ərinə tələ qurub.
Prokurorların iddia etdiyi kimi, Menendes öz nüfuzundan xarici iş adamlarının maraqları naminə istifadə etmək müqabilində qızıl külçələr, habelə yüzminlərlə dollar nağd pul və "Mercedes" markalı kabriolet rüşvət alıb, arvadı isə bu işdə onunla əlbir olub.
"Qızıl külçələr haradan tapıldı? Qızıl külçələr kilidli şkafda tapıldı. Bu, Nadinin şkafıdır", - deyə Menendesin vəkili Avi Vaysman qeyd edib.
O, şkafın fotolarını nümayiş etdirib və şkafın Nadinin paltarları ilə dolu olduğunu söyləyib.
"Senator qızıl külçələrin orada olduğunu bilmirdi", - deyən Vaysman andlılar məhkəməsinin üzvlərində Nadin haqqında "məkrli həyat yoldaşı" təəssüratı yaratmaq istəyib.
Xatırladaq ki, 2022-ci ilin iyununda cütlüyün Nyu-Cersi ştatında yerləşən Enqlvud-Kliffsdəki evinə basqın zamanı təhlükəsizlik qüvvələri dəyəri 150 min dollardan çox olan 13 qızıl külçə və təxminən 500 min dollar məbləğində nağd pul tapıblar. İttiham tərəfinin fikrincə, bütün bu vəsaitlər 2018-ci ildə, Bob və Nadinin yenicə görüşməyə başladıqları vaxtlarda başlayan korrupsiya sxeminin "bəhrələridir".
"O, güclü idi. Həm də korrupsioner idi. Və onun qiyməti nə idi? Qızıl külçələr. Menendes öz tamahını təmin etmək və arvadını xoşbəxt etmək üçün vəzifəsindən sui-istifadə edib", - deyə ittiham tərəfi bildirib.
İttiham tərəfi hesab edir ki, Menendes ehtiyatlı olub və heç vaxt rüşvətalma sxemini həyat yoldaşı ilə yazılı şəkildə müzakirə etməyib. Əksinə, rüşvət verən insanlara mesaj göndərmək və onlardan mesaj almaq üçün məqsədyönlü şəkildə Nadindən istifadə edib.
Bob Menendesin həyat yoldaşı məhkəməyə gəlməyib, onun işi üzrə proses iyunda keçiriləcək.
Federal hakimiyyət orqanları iddia edirlər ki, Menendes, həmçinin, ipoteka üzrə ödənişlər və evin təmiri üçün xərcləri də rüşvət qismində qəbul edib. Bu, ona qarşı federal korrupsiya ittihamının irəli sürüldüyü ilk hal deyil.
2015-ci ildə Menendes Florida ştatının göz cərrahı Salomon Melgendən hədiyyələr almaqda ittiham olunub. "Hədiyyələr" sırasına Parisdə tətillər, şəxsi təyyarə ilə uçuşlar və Melgenin Dominikan Respublikasındakı villasında istirahət də daxil olub. Əgər senatora bütün maddələr üzrə ittiham irəli sürülərsə, onu 45 ilə qədər həbs gözləyir.
ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTOABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTOABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTOABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTOABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTOABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTOMənbə: RG.ru / oxu.az

Maraqlı       Tarix: 16 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler en sonxeber meherremlik 2026 cəbhədən yeni xəbərlər