İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!
Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməyi və şirniyyat, ərzaq və gül dəstələri, hədiyyələr və qəlyanaltılar və daha çoxunu yerli restoranlardan və mağazalardan bir çatdırılma haqqı ilə sifariş edə bilərsiniz.
Bu necə işləyir?
Wolt tətbiqini açın, səbətinizə məhsul əlavə edin və sifarişinizi yerləşdirin.
Biz sizə daha çox məhsul əldə etməyiniz üçün yaxınlığınızda olan restoranları və mağazaları təklif edəcəyik.
İkili Sifarişi başlatmaq üçün ekranın aşağısında əks olunan "Daha az ödəyib, daha çox əldə edin" bölməsinə toxunun.
Birinci sifarişi etdikdən sonra yeni məhsul əlavə etmək üçün 15 dəqiqəniz olacaq.
İkinci sifarişi yerləşdirin, ödənişi tamamlayın və ikinci sifarişinizi yekunlaşdırın. Minimal sifariş məbləği və ikinci sifariş üçün çatdırılma haqqı yoxdur.
Öz sifarişinizi izləyin
İkili Sifariş ilə bağlı tez-tez verilən suallar:
İkili Sifariş nədir?
İkili Sifariş, sizə iki fərqli restoran və ya mağazadan, ikinci sifariş üçün əlavə çatdırılma haqqı ödəmədən bir anda sifariş etmək imkanı yaradır.
Wolt tətbiqində İkili Sifarişi necə etmək olar?
Wolt tətbiqini açın və həmişəki qaydada sifarişinizi yerləşdirin. Biz, sifarişinizə əlavələr edə biləcəyiniz, sizə yaxın olan restoranları və mağazaları təklif edəcəyik. "Daha az ödəyib, daha çox əldə edin" bölməsinə toxunun və səbətinizə yeni məhsullar əlavə edin. Əsas sifarişi verdikdən sonra, sifarişə əlavələr etmək üçün 15 dəqiqəniz var. İkinci sifarişin ödənişini edin və çatdırılmasını gözləyin. Sifarişinizin çatdırılmasını tətbiqdən hər addımda izləyə bilərsiniz.
Neçə məkandan sifariş edə bilərəm?
İkili Sifariş, sizə iki fərqli restoran və ya mağazadan bir anda sifariş etmək imkanı yaradır.
İkili Sifariş üçün hansı məkanlar uyğundur?
Wolt tətbiqində sifariş etdikdən sonra, səbətə əlavələr edə biləcəyiniz yerli məkanları görə biləcəksiniz. İkili Sifariş yeniliyini istifadə edərək restoran yeməkləri, ərzaq, əcza məhsulları, güllər, ev heyvanları üçün lazım olan hər şey, elektronika, hədiyyələr və Wolt-da mövcud olan digər məhsulları sifariş edə bilərsiniz. İkili Sifariş yeniliyini bir çox restoran və mağazalarda istifadə etmək mümkündür, lakin seçimlər məsafə məhdudiyyətləri və məkanınıza görə fərqli ola bilər.
Əlavə ödənişlər mövcuddur?
Siz İkili Sifariş etdikdə, sadəcə bir sifariş üçün çatdırılma haqqı ödəyirsiniz. İkinci sifariş üçün əlavə çatdırılma haqqı yoxdur. Hər iki məkan üçün kiçik bir xidmət haqqı tətbiq edilir. Xidmət haqqını, sifarişi tamamladıqdan sonra ödəniş zamanı görə biləcəksiniz.
Hər hansı məhdudiyyətlər mövcuddur?
İkili Sifariş yeniliyi hal-hazırda yalnız Wolt tətbiqində mövcuddur. Bu yeniliyi tezliklə veb-səhifəmizə də gətirmək üzərində çalışırıq. İki məkanı, yalnız bir çatdırılma haqqı ödəyərək, bir sifarişdə birləşdirin. Ərzaqlar, dadlı yeməklər və gül dəstələri daha sərfəli qiymətə qapınıza çatdırılsın!

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü
ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?
Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?
Lənkəranda ev yanaraq külə döndü
Dünənki oyunda ölən əcnəbi baş direktor imiş
Yevlaxda avtomobil yük maşını ilə toqquşdu, iki nəfər öldü
Tramp Çindəki görüşdə Putinə nə dediyini ilk dəfə açıqladı
ABŞ-da fövqəladə vəziyyət: məşhur parad təxirə salındı
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
Tərtər 'Gənclər paytaxtı', Masallı isə 'İdman paytaxtı' seçilib
9 məşhur sərbəst buraxıldı - biri həbs olundu
Sülh körpüsü' təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək
Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq
Medvedevin NATO ilə müharibə açıqlaması: Politoloqdan TƏHLİL