ABŞ-İrəvan sazişi Bakıya qarşı deyil: Hədəf bu ölkələrdir

ABŞ-İrəvan sazişi Bakıya qarşı deyil: Hədəf bu ölkələrdirErmənistanın ABŞ-la imzaladığı strateji tərəfdaşlıq müqaviləsi ciddi müzakirə olunur – bir neçə vacib məqamı vurğulamaq lazımdır.
KONKRET.azxəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli deyib.
O bildirib ki, bu sənədin Tramp dönəmində effektiv olacağı suallar doğurur:
"Bayden administasiyası ilə imzalanan bu sənədin işlək olması sual altındadır. Bu müqavilə Azərbaycana qarşı deyil, bizim bu sənədi belə təqdim etməyimiz yanlışdır, sənəd Rusiya və İrana qarşı imzalanıb.
Elə Rusiya və İran narahat olub, Ermənistanla münasibətlərini aydınlaşdırsın. Bizim mövqeyimiz belə olmalıdır ki, zatən Azərbaycan haqlı və hüquqi cəhətdən üstündür, biz Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına çalışırıq. Ermənistanda Rusiya hərbi bazaları var, Ermənistanın Rusiyadan iqtisadi-siyasi asılılığı dəhşətli dərəcədədir. Rəsmi İrəvanın ABŞ-la müqaviləsi Rusiyanı əsəbiləşdirib, Ermənistana qarşı hansısa addıma səbəb olacaqsa, əsas məsələ odur ki, biz bu məsələdən tam kənarda qalaq – özləri bilər. Bu gün Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsi üçün əsas mərkəzlərdən biridir, əsasən də Rusiyanın qiymətli daşlar və qızıl alveri Ermənistan üzərindən gedir. Rusiya Ermənistan üzərindən özünə lazım olan yarımkeçiricilər və elektron avadanlıqlar alır. ABŞ, Qərb bunu görmürmü? Görür, sadəcə, sərf edir, özü də hamıya sərf edir. İndi görək bu mexanizm dağılacaqmı? Düşünmürəm. Ermənistanın hər iki stulda oturmaq istəyi hər iki tərəfi qıcıqlandıracaq – bizə gözləmək düşür".
Onun sözlərinə görə, Qərb və Rusiya arasında var-gəl edən Ermənistan üçün yeganə təhlükəsizlik zəmanəti Türkiyədir:
"Ermənistanın Cənubi Qafqazda təhlükəsiz yaşamasına, inkişaf etməsinə tək bir ölkə – Türkiyə zəmanət verə bilər. Geci-tezi, məhz bu konsepsiya qalib gələcək. Azərbaycan isə Tramp administrasiyası ilə strateji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır, bunun anonsunu eşitmişik, məncə, doğru qərar olacaq. Bundan başqa, son 6-7 ayda, hətta Trampın qalib gələcəyi ehtimalının aşağı olduğu dövrlərdə belə, bir neçə dəfə publik çıxışlarımda demişdim, indi də bu fikirdə qalıram – Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma sənədləri məhz Trampın iştirakı ilə imzalanacaq. Çünki ən rahat imzalana biləcək, 90%, hətta Ermənistanın ATƏT-in Minsk Qrupu kimi mənasız qurumun ləğvinə razı olması ilə 95% hazır sənəd var. Trampın "Mən dünyaya sülh gətirəcəm" mesajını təsdiq edəcək ilk addım kimi Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sənədləri imzalanacaq. Bundan sonra Cənubi Qafqazdan Rusiyanın sıxışdırılması daha da sürətlənəcək.
Ona görə də dünən Ermənistan-ABŞ arasında imzalanan sənədə təmkinli yanaşmalıyıq, bu sənədin Azərbaycana qarşı olduğunu söyləmədən, Rusiya və İrandan Ermənistana qarşı gələcək "qapazları", bu işə qarışmadan, izləməliyik"./axaraz

Siyasi       Tarix: 16 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində


son xeberler azerbaycan xeberleri yeni xeberler bugunun xeberleri cəbhədən ən son xəbər cəbhədən görüntüleri gunun xeberleri