ABŞ-la İran arasında misli görünməmiş yumşalma: 1000-dən çox sanksiyanı

ABŞ-la İran arasında misli görünməmiş yumşalma: 1000-dən çox sanksiyanıVəzifəsini tərk etməkdə olan İran prezidenti Həsən Ruhani deyir ki, 2015-ci il nüvə sazişini dirçəltməyə çalışan Tehran və dünya gücləri arasında əsas problemlər həll olunub. Hərçənd Almaniya və Fransa bəzi əngəllərin qaldığı barədə xəbərdarlıq ediblər. Ruhani bu bəyanatı ötən gün iyunun 23-də keçirdiyi hökumət müşavirəsində verib.
İran rəsmiləri də aprel ayından bəri Vyanada davam edən danışıqlarda tərəqqi əldə edildiyini deyirlər. Ruhani administrasiyasının rəhbəri Mahmud Vaezi deyib ki, Birləşmiş Ştatlar keçmiş prezident Donald Trampın sazişdən çıxması ilə Tehranın üzərinə təkrar qoyulmuş 1000-dən çox sanksiyanın qaldırılmasına prinsipcə razı olub: "Sığorta, neft və daşımalar üzərinə qoyulmuş sanksiyaların tam qaldırılmasına dair razılıq əldə olunub. Hazırda biz qalan sanksiyalardan hansıların nüvə sazişinə, hansıların isə 2015-ci ildən əvvələ aid olduğunu müəyyənləşdiririk".
ABŞ-la İran arasında misli görünməmiş yumşalma: 1000-dən çox sanksiyanıLakin ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iyunun 20-də deyib ki, Vyana danışıqlarında "hələ qət olunmalı uzun məsafə" var. Onun sözlərinə görə, söhbət həm sanksiyalardan, həm də nüvə sazişi üzrə öhdəliklərdən gedir.
Birləşmiş Ştatlar Vyana danışıqlarında yer alır, amma müzakirələrdə birbaşa iştirak etmir, beləki İran tərəfi amerikalılarla üzbəüz danışıqlara hazır olmadıqlarını bildiriblər.Vyana danışıqlarında ABŞ və İran arasında vasitəçiliyi Avropa İttifaqının diplomatları edirlər.
Vaezi bunu da bildirib ki, İran onun nüvə qurğularının Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən monitorinqinin uzadılıb-uzadılmaması barədə də qərara gəlməlidir. Bu monitorinq razılaşmasının müddəti iyunun 24-də başa çatır. İran və dünya gücləri arasında danışıqlar iyunun 20-də "məsləhətləşmələr" üçün dayandırılıb.
Xatırladaq ki, İranda keçirilən prezident seçkisində ifrat mühafizəkar ruhanı İbrahim Rəisi qalib gəlib. Ruhani vəzifəsini Rəisiyə avqust ayında təhvil verəcək.
İran xarici işlər nazirinin müavini və həm də Tehranın baş nüvə danışıqçısı Abbas Araqçi iyunun 21-də deyib ki, tərəflər razılaşmaya həmişə olduğundan daha yaxındırlar. Araqçi deyib ki, danışıqçılar müzakirələrin bu dövrəsini təkcə məsləhətləşmələr üçün yox, həm də qərarların qəbul edilməsi üçün dayandırıblar. O bildirib ki, danışıqların elə indiki İran hökumətinin dövründə başa çatacağına və ehtimalən razılaşma əldə ediləcəyinə ümid edir. Rəisi bildirib ki, İranın 2015-ci il sazişinin öhdəliklərinə qayıtması ilə Tehran üzərindən sanksiyaları qaldırmalı olan danışıqları dəstəkləyir.
ABŞ-la İran arasında misli görünməmiş yumşalma: 1000-dən çox sanksiyanıBəzi İran rəsmiləri danışıqların Rəisinin prezident kürsüsünə əyləşməsindən əvvəl başa çatmasını istəyirlər. Onların fikrincə belədə onu hər hansı gələcək problemlərin səbəbkarı saymaq mümkün olmayacaq.
Lakin İran konstitusiyasına görə siyasi qərarların qəbul edilməsində son söz ali rəhbər ayətüllah Əli Xameneyiyə məxsusdur və əldə edilmiş hər hansı sazişi o təsdiqləməlidir.Danışıqların Avropa iştirakçıları da irəliləyişin əldə olunduğunu bildirir, lakin qeyd edirlər ki, "bəzi qəliz və təfərrüatlı texniki məsələlərin" çözümü hələ qalır.
Almaniyanın xarici işlər naziri Heyko Maas iyunun 23-də ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib ki, nüvə sazişinin dirçəldilməsi ilə bağlı bir neçə "çox çətin məqamlar" qalır. Fransa xarici işlər nazirinin müavini Frank Riester deyib ki, bu danışıqlarla bağlı qarşıdan gələn günlər və həftələrdə "çətin qərarlar" qəbul etmək lazım gələcək.
Bu arada İran mediası bildirib ki, ölkənin Atom Enerjisi Agentliyinin binasına qarşı təxribat cəhdinin qarşısı alınıb. Lakin Tehran insidentin detallarını açıqlamayıb. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 24 iyun 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava hava haqqinda az xeber