ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI
ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı yer alıb. Məqalə müəllifi bildirib ki, bu silah ABŞ-ın istənilən sahilini hədəf ala bilər.
İstvud S-400 Triumf zenit-raket kompleksini Rusiyanın xüsusi güclü silahlarından biri kimi qeyd edib:
"Bu silah nəinki düşmənin pilotsuz təyyarələrini və bəzi dronlarını məhv edə, həm də qanadlı və ballistik raketlərə qarşı da 400 kilometr məsafədə istifadə oluna bilər".
O, həmçinin Rusiyanın Pantsir S-1 hava hücumundan müdafiə raket sistemini də qiymətləndirib:
""Pantsir S-1 12 yer-hava tipli idarəolunan raketlə yanaşı, iki 30 mm-lik topla silahlandırılıb. Kompleks ballistik və qanadlı raketlərə, eləcə də yüksək dəqiqlikli döyüş sursatlarına mükəmməl cavab verir. Silah öz növbəsində təkmilləşdirilmiş radara, aşkarlama diapazonuna və daha effektiv fırlanan toplara malikdir".
Amerikalı ekspert "Mi" "gecə ovçusu" hücum helikopterinin modernləşdirilmiş versiyasını təhlükəli silahlar siyahısına daxil edib:
"Helikopter saatda 290 kilometrə qədər sürət yığa bilir, uçuş məsafəsi 450 kilometrdir. Eyni zamanda, helikopter tam silahlanıb. Onun arsenalında 30 millimetrlik top, tank əleyhinə idarə olunan raketlər, adi raketlər var və modernləşdirmədən sonra Mi-28NM hər cür hava şəraitinə uyğundur".
Müəllif qitələrarası ballistik raketlərin buraxılması üçün nəzərdə tutulmuş "Yars" raket sistemlərini də nəzərdən qaçırmayıb:
"Bu sistemlərin hər biri 150-250 kiloton tutumlu və 10 min kilometrdən çox məsafədə 3-6 ədəd döyüş başlığı daşıya bilir. Kompleksi hərəkət edərkən aşkar etmək çətindir və raketlərin buraxılmasına hazırlıq cəmi yeddi dəqiqə çəkir".
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var