Abşeron məktəblərində "Son zəng" tədbirləri keçirildi - Fotolar
Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə "Son zəng" tədbirləri keçirilib.
azxeber.com xəbər verir ki, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, qazilər və valideynlər iştirak ediblər.
A. Fərzəliyev məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və "Son zəng" münasibətilə təbrik edib:
"Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində ölkədə yüzlərlə orta məktəb tikilib, mövcud binalar əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb".
Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar təqdim edilib.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri on bir illik məktəb həyatının sonuncu zəngi şəhid Kamran Quluzadənin oğlu Ümid Quluzadə tərəfindən çalınıb.





Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı