Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR

Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARVətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində geniş ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, "N" saylı Hərbi Hissənin Korpus komandiri - Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, ANAMA əməkdaşları, şəhid ailələri və qazilərin iştirakı ilə baş tutan aksiyada 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.
Daha sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında 27 sentyabr - Anım Gününə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla yad ediblər. 
Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə cəmi 44 gün ərzində düşməni döyüş meydanında məğlub edərək torpaqlarımızı işğalçılardan azad edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm iradəsi, xalq-iqtidar birliyi, ordumuzun, şəhidlərimizin qəhrəmanlığı və şücaəti sayəsində  vətənimizin bütövlüyü təmin olundu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirdiyini vurğulayan RİH-nin başçısı yaxın zamanlarda böyük tədbirlərin artıq düşməndən azad edilmiş yurdlarımızda təşkil olunacağına əminliyini ifadə edib. 
Daha sonra rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid Şamil Nəcəfovun anası Gülşən Qazanxanova, şəhid Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev və digərləri çıxış edərək ordumuzun şücaətindən, ölkəmizdə şəhid və qazi ailələrinə göstərilən böyük diqqət və qayğıdan danışıblar. Sonra şəhid övladları səhnəyə dəvət olunub. 
Təbirdən sonra şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Qeyd edək ki, Birinci Qarabağ və Vətən Müharibəsi zamanı canından keçmiş bütün şəhidlərimizin məzarları üzərinə əklillər və gül dəstələri düzülüb, rayonun kənd və qəsəbələrində bütün şəhidlərimizin xatirəsinə ehsan süfrələri açılıb, şəhidlərimiz ehtiramla yad edilib.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, o cümlədən rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilatları tərəfindən 26-27 sentyabr tarixlərində Abşeron rayonunda yaşayan şəhid ailələri və qazilər ziyarət olunmuş, onların qayğıları ilə maraqlanmış, şəhidlərimizin xalqımızın qəlbində və tariximizdə daima yaşayacaqları vurğulanmışdır. 
Tədbir və görüşlər zamanı şəhid ailələri və qazilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya onlara göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.
Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 28 sentyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabar cəbhədən yeni xəbərlər son xeberler 2026 son xəbər