Neftin qiyməti 120 dollara yüksələ bilər
Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər.
KONKRET.az azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarından olan "Goldman Sachs" çıxış edib.
Bankın analitikləri bu ssenaridən qazanc əldə etmək istəyən investorlara təbii qaz və dizel yanacağında mövqe tutmağı tövsiyə ediblər.
"Son bir neçə gündə baş verən hadisələr dəniz gəmiçiliyinin genişlənməsi və intensivləşməsinin pozulması riskinin əhəmiyyətli olduğunu göstərir. "Goldman Sachs"ın neft üçün yüksəliş ssenarisinə 120 dollar hədəf, eləcə də regiondan neft ixracı normallaşarsa 80 dollarlıq aşağı hədəf də daxildir. Xam neft qiymətlərində əhəmiyyətli yüksəliş potensialı görsək də, investorlara geosiyasi risklərdən qorunmaq üçün qlobal təbii qaz və emal olunmuş neft məhsullarında uzun mövqelər tutmağı tövsiyə edirik. Təchizat şokları xam neft bazarı ilə müqayisədə bu sahədə daha böyükdür".
Qeyd edək ki, Yaxın Şərqdə 6 aydan çox davam edən münaqişədən sonra yaranan durğunluq çoxsaylı enerji qiymətlərinin artmasına səbəb olub. Təbii qaz və neft məhsullarının qiymətlərindəki artım xam neftin qiymətlərinin artımını üstələyib. Sənaye dizel yanacağının qiymətləri bu il iki dəfədən çox artıb.
ABŞ və İran arasında sön günlər Hörmüz boğazı üzərində yaşanan gərginlik fonunda xam neft qiymətləri iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Hazırda "Brent" neftinin qiyməti 96 dollar civarındadır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı