Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLAR

Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib. Görüşdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov iştirak edib.
Tədbirdə RİH başçısı A.Fərzəliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi və həyata keçirdiyi mükəmməl siyasəti ilə şanlı zəfər qazandığımız Vətən Müharibəsindən sonra azad olunan torpaqlarda genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işləri həyata keçirilir. Soydaşlarımızın Qarabağa qayıtması ilə yurd yerlərimizdə həyatın yenidən canlandığını vurğulayan Abdin Fərzəliyev cənab Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın bundan sonra da böyük uğurlar qazanacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.  
Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Şəhid ailələri həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etməkdədir. 
Abşeron rayonunda da bu diqqətin bundan sonra da həyata keçiriləcəyini vurğulayan Abdin Fərzəliyev şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb. Onların qaldırdıqları məsələlər yerindəcə həll olunub. 
Şəhid ailələri və müharibə iştirakçıları da onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan igidlərimizin, o cümlədən onların xalqımıza əmanət qalan övladlarının doğum günləri qeyd edilib. Belə ki, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan Müsayev Vüsal Zakir oğlunun 28-ci, "Kəlbəcərin azadlığı uğrunda", "Vətən uğrunda" medalları, "Hərbi xidmətlərə görə III dərəcəli" və "Rəşadət" ordenləri ilə təltif edilən Həsənov Elşad Paşa oğlu 43-cü, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun 31-ci, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3 cü dərəcə "Rəşadət" ordeni ilə təltif olunan Ələkbərov Röyal Fərmayıl oğlunun 30-cu doğum günləri qeyd edilib. Eyni zamanda şəhid Rəhim Hüseynovun və şəhid Elsəvər Paşayevin bizə əmanət qalan övladıraının  doğum günləri münasibəti ilə təbrik ediliblər. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayon ictimaiyyəti şəhidlərimizin doğum günlərində onların ailə üzvləri ilə birgə məzarı ziyarət edilib, xiyabanlarda dəfn olunan qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub. 
Şəhidlərimizin keçdiyi döyüş yollarından və göstərdikləri şücaətlərdən danışılıb, onlarla bağlı xatirələr bölüşülüb. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidlərimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. RİH başçısı bildirib ki, ölkəmizdə şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına böyük diqqət və qayğı var və bundan sonra da daimi olaraq göstəriləcək.
Şəhidlərimizin ailə üzvləri də  hər zaman dövlətin diqqətində olduqlarını, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər. 
Abşeron rayonu, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Ruslan İsmayılovun oğlu Ramiz İsmayılovu 11-ci sinifi bitirməsi münasibəti ilə, o cümlədən məzunları və pedaqoji kollektivi "Son zəng" münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişaf əldə olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Abşeron rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb. 
Sonra məzunlar və məktəblilər tərəfindən hazırlanan bədii kompozisiyalar təqdim olunub.
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLARAbşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 22 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com son xeber valyuta mezennesi banklar cəbhədən son xəbərlər