ABŞ "Vaqner"in Ukraynadan kənarda artan fəallığından NARAHATDIR
ABŞ-ın yüksək vəzifəli rəsmiləri Rusiyanın Ukraynadan kənarda siyasi məqsədlərinə çatmaq üçün "Vaqner" muzdlularından getdikcə daha çox istifadə etməsindən narahatdırlar.
KONKRET.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilib ki, ABŞ kəşfiyyatı "Vaqner" döyüşçülərinin Ukraynadan kənarda, xüsusən də Mərkəzi Afrika Respublikası, Serbiya və Malidə fəaliyyətini izləyir.
Vaşinqton hesab edir ki, Rusiya Afrika regionunda öz təsirini gücləndirmək üçün getdikcə daha çox bu muzdlulardan istifadə edir.
Dekabrın 16-da ABŞ dövlət katibi Entoni Blinken Afrikada fəaliyyət göstərən "Vaqner" bölmələrinin insan hüquqlarını pozduğunu bildirib.
Onun sözlərinə görə, onların hərəkətləri regionda BMT sülhməramlılarının işinə təsir edir və onları risk altına qoyur.
Qeyd edək ki, dekabrda ABŞ Senatı "Vaqner"i terror təşkilatı kimi tanıyan qanun layihəsi təqdim edib.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO