Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı
ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə noyabrın 6-da üç ölkənin hökumətləri tərəfindən yayılan birgə bəyanatda bildirilib.
Bəyanata əsasən, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov TRIPP layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər.
"Bu forum üç ölkənin siyasi qərar qəbul edən rəsmilərini və texniki mütəxəssislərini bir araya gətirərək, regionda uzunmüddətli sabitliyin təmin olunması, iqtisadi fəallığın artırılması, regional bağlantıların inkişafı və ticarət rifahının yüksəldilməsi istiqamətində birgə fəaliyyətə şərait yaradır. Bu əməkdaşlıq, eyni zamanda, Prezident Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də qəbul edilmiş tarixi Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini bir daha vurğulayır", – deyə bəyanatda bildirilir.
İlkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətləri üzrə iki texniki planlaşdırma qrupunun yaradılması razılaşdırılıb.
Bildirilib ki, bu qruplar mürəkkəb texniki məsələlərin həllinə, layihənin icrasının növbəti mərhələlərinə keçidə və marşrutun digər regional infrastruktur şəbəkələri ilə əlaqələndirilməsinə xidmət edəcək.
Tərəflər TRIPP layihəsinin bütün komponentlərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Nazirlik Vətən müharibəsi iştirakçısı və qazilərlə görüş keçirdi
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib
Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb