AccessBank 'Access2Success' layihəsinə start verib - FOTOLAR

AccessBank 'Access2Success' layihəsinə start verib - FOTOLARSizin yerli Avropa bankınız - AccessBank, qadın sahibkarlığını dəstəkləmək vəbiznesdə qarşılaşdıqları maneələri aradan qaldırmaq məqsədilə Access2Successlayihəsinə üçüncü dəfə start verdiyini elan edir.
azxeber.com xəbər verir ki, layihə biznesin qurulması və inkişaf etdirilməsi üçün uğurlu şəraitin yaradılmasına, qadınlarda liderlik vəpeşəkar bacarıqların gücləndirilməsinə yönəlib. Access2Success layihəsi, AvropaYenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilir.
Bu il layihəyə qatılmaq üçün 300-əyaxın qadın müraciət edib və müəyyən olunan meyarlara əsasən 60 sahibkarseçilib. Layihə çərçivəsində iştirakçılara biznes idarəçiliyi sahəsindəbilikləri dərinləşdirmək, liderlik keyfiyyətlərini artırmaq, satış sahəsindəpeşəkar bacarıqları genişləndirmək, eləcə də uğurlu biznes qurmaq üçün hüquq vəmarketinq aspektləri barədə məlumat əldə etmək imkanı yaradılacaq. Bütün bubiliklər geniş təcrübəyə malik peşəkar təlimçilər tərəfindən təqdim ediləcək.
Layihənin əsas məqsədi qadınsahibkarların qarşılaşdığı maliyyə resurslarına çıxış, biznes təhsili və peşəkarinkişaf üçün məhdud imkanlar kimi maneələri aradan qaldırmağa dəstək olmaqdır. Proqramhəmçinin iştirakçıları uğur qazanmaq üçün lazım olan resurs və biliklərlə təminetmək, eləcə də güclü qadın-sahibkar cəmiyyətinin yaradılmasına yönəlib.
"Access2Success layihəsi və onuartıq üçüncü dəfə həyata keçirməyimizlə qürur duyuruq. Bizim məqsədimizAzərbaycanda qadın sahibkarlığına dəstək verməyə davam etmək və ölkəmizdə biznesininkişafı üçün bərabər imkanların yaradılmasıdır. Biz əminik ki, Access2Success layihəsigüclü sahibkarlıq mühitinin yaradılması və ölkənin iqtisadi inkişafınınstimullaşdırılması istiqamətində mühüm bir addımdır", - bunu AccessBank-ınİdarə Heyətinin üzvü Renat Hümbətov deyib:
"Qadın sahibkarlığının inkişafıAYİB-in Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində prioritet olaraqdəstəklədiyi bir neçə sahədən biridir. Ölkədə mövcud olan sahibkarlıqsubyektlərinin təxminən 23% xanımlara məxsus olduğunu nəzərə alsaq, qadınsahibkarlığının ölkə iqtisadiyyatında payının artırılması sahəsində çox böyükimkanlar var. Bununla da, qadın sahibkarların zəruri məsləhət və maliyyəxidmətlərinə əlçatanlığının artırılması istiqamətində AYİB həm birbaşa, həm dəyerli tərəfdaş banklar vasitəsilə məqsədyönlü fəaliyyətini davam etdirir", -bunu AYİB-nın Azərbaycandakı Kiçik Bizneslər üçün Məsləhət Proqramının rəhbəri SamirHəmidov bildirib.
İlk Access2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün250-ə yaxın namizəd müraciət etmişdir. Onlardan tələblərə cavab verən 53 nəfərtəlimlərə qatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata keçirilib. Bu layihədə 250-dən çoxmüraciətlər içində seçilən, 50 qadın qatılmışdır. İştirakçılar konsaltinq,turizm, təhsil, səhiyyə kimi sahələri təmsil edirdilər. 5 həftə davam edənAccess2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı,böhran zamanı idarəçilik, dövlət qurumlarına hesabatların təqdim edilməsi,satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarətmövzularında təlimlər keçirilib.
AccessBankAzərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarlarısırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq MaliyyəKorporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-üBakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçünəlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallarhaqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankınxidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəngetmək, həmçininwww.accessbank.azsaytınavə ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC AzərbaycaRespublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylılisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamalrayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank 'Access2Success' layihəsinə start verib - FOTOLARAccessBank 'Access2Success' layihəsinə start verib - FOTOLARAccessBank 'Access2Success' layihəsinə start verib - FOTOLAR

İqtisadiyyat       Tarix: 13 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbər en son xeberler bu gun xeber butun xeberler