Acunun heyran olduğu futbolçu milli komandadan qovuldu - ŞOK SƏBƏB
Türkiyənin qadınlardan ibarət futbol üzrə milli komandasının forvardı Aycan Yanaç heyətdən uzaqlaşdırılıb.
Publika.az xəbər verir ki, millinin baş məşqçisi Necla Güngör ona təklif göndərməyəcəyini bildirib.
"Survivor" TV yarışmasına qatılan Aycanın yenidən milliyə çağırılıb-çağırılmayacağına dair suala baş məşqçi belə cavab verib: "Siz olsanız, çağırardınız? Mənim futbolçuların burada qan-tər içində məşq edir. Bütün fikirlərini milli komandaya yönəldiblər. Bu vəziyyətdə yarışmaya gedən bir Aycanı çağıracağımı zənn etmirəm".
Açıqlamadan xəbər tutan A.Yanaç qarşısına milli komanda ilə yarışma arasında seçim qoyulmadığını, qoyulacağı təqdirdə isə milli komandanı seçəcəyini deyib. O bildirib ki, Necla Güngör baş məşqçi olduğu müddətdə bird aha milli komandanın düşərgəsinə qatılmayacaq: "Almaniya millisinin baş məşqçisi bu durumda mənimlə qürur duyar, məni dəstəkləyərdi. Amma Necla hoca insanlara yanlış informasiya ötürür".
Qeyd edək ki, Almaniyanın Nürnberq şəhərində 1998-ci ildə dünyaya gələn Aycan Yanaç 2 il əvvəl A milli komandasına dəvət alıb.
"Survivor" yarışmasındakı futbol matçlarında fəal çıxış edən Aycan proqramın rəhbəri Acun Ilıcalının rəğbətini qazanmışdı. Ilıcalı onu bu vaxta qədər futbolunu seyr etdiyi ən istedadlı qadın oyunçu adlandırmışdı.
Zümrüd

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır