ADA Məktəbinin şagirdi Beynəlxalq Fermat Riyaziyyat Olimpiadasında qızıl medal qazandı
ADA Məktəbinin şagirdi Həbib Əmiraslanov Vyetnamda keçirilən 2023-2024-cü il Fermat Riyaziyyat Olimpiadasının qalibi olub.
azxeber.com "Report"a istinadən xəbər verir ki, 10 və 11-ci sinif şagirdləri arasında keçirilən beynəlxalq olimpiada iki turdan ibarət olub.
Birinci ölkə turunda 88 bal toplayan və qızıl medala layiq görülən Həbib Vyetnamda keçirilən final mərhələsində birinci olmaqla daha bir qızıl medal qazanıb.
Əsasən Mərkəzi Asiya ölkələri olmaqla 11 ölkədən 100-dən çox şagirdin iştirak etdiyi müsabiqədə iştirakçılara riyazi bacarıqlarını yoxlamaq üçün 20 yazılı sual təqdim olunub.
Ölkəmizə qızıl medal gətirən Həbib bildirib:
"Qazandığım bu uğura görə ADA Məktəbinin riyaziyyat müəllimlərinə minnətdaram. Onların mənə göstərdiyi dəstək və verdikləri təhsil mənim yalnız riyazi bacarıqlarımı artırmayıb, həm də daim yeni biliklər öyrənməyə həvəsləndirib".
Bakalavr təhsili üçün xarici universitetlərlə yanaşı, ADA Universitetinə də müraciət edəcəyini ifadə edən Həbib əlavə edib ki, ADA Məktəbi şagirdlərin öz bilik və bacarıqlarını sınaması və daha da möhkəmləndirməsi üçün onları daim həvəsləndirir, beynəlxalq müsabiqələrdə və yarışlarda iştirak etməyə təşviq edir.
Qeyd edək ki, Həbib həm də Məktəbdə fəaliyyət göstərən ADAMUN Klubunun və İntellektual Oyunlar Klubunun üzvü kimi fəallığı ilə seçilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR