Adnan Messini Bakıya gətirmək üçün neçə milyon xərcləmişdi?

Adnan Messini Bakıya gətirmək üçün neçə milyon xərcləmişdi?Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunaraq SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub. Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun Azərbaycan dövlətinə 2 milyard dollardan çox zərər vurduğu iddia olunur. Eyni zamanda Əhmədzadə müxtəlif maliyyə fırıldaqlarında ittiham olunur.
KONKRET.az publika.az-a istinadla xəbər verir ki, bir müddət öncə Adnan Əhmədzadənin dostluq münasibəti adı altında ulduz futbolçu Lionel Messini, həmçinin digər ulduz futbolçular – Luis Suares, Serxio Buskets və Xordi Albanı Bakıya gətirməsinə təxminən 3 milyon avro vəsait xərclədiyini ilə bağlı məlumat yayılmışdı. O zaman "qara kassir" ləqəbli yalançı iş adamına yaxın olan şəxslər bunu Adnan Əhmədzadənin şəxsi uğuru kimi təqdim etməyə çalışsalar da, əslində vəziyyət fərqli idi. Leo və dostlarının Bakıya gəlişi milyonlarla avroya başa gəlmişdi. O zaman bu qədər xərcin necə qarşılandığı qeyri-müəyyən idi. Çünki Bakı Kristal Zalında keçirilən tədbir belə xərcləri qarşılamaq üçün yetərli deyildi.
Son hadisələrdən sonra məlum olur ki, Adnan Əhmədzadə Messi və digər ulduzların səfərini məhz Azərbaycan dövlətindən oğurladığı pulların hesabına qarşılayıb və bunun piarı ilə məşğul olub. O, argentinalı ulduz futbolçuya bahalı hədiyyələr edərək münasibətlərini yaxşılaşdırmağa çalışıb ki, bu vəsaitin mənbəyi də artıq heç kimə sirr deyil.
Adnan Əhmədzadənin fırıldaqları bununla bitmir. O, futbol dünyasının əfsanəsi Ronaldinyonun gəlişinə də pul xərcləyib. "Barselona" ilə münasibətlərində də bu məqam rol oynayıb. Əhmədzadə şəxsi münasibətləri hesabına dostlarının övladlarını İspaniya nəhənginə sırımağa müvəffəq olub. Yəqin ki, bu münasibətlərin qurulmasında oğurladığı pullar böyük rol oynayıb.
Adnan Əhmədzadə son illərdə Azərbaycan futbolunda da aktivləşmişdi. O, bir neçə il əvvəl ölkənin köklü klublarından birini ucuz qiymətə almağa cəhd etsə də, uğursuz olub. Lakin ona məxsus olan "Azerbaiian Sport Talents Academy" (ASTA) şirkəti bu ilin əvvəlində "Mingəçevir" klubunu himayəyə götürüb. Kluba yüksək məbləğdə yatırım ediləcəyi ilə bağlı vədlər verilsə də, bu baş verməyib.
Əhməzadəyə məxsus market şəbəkəsi ölkənin aparıcı klubları ilə reklam əməkdaşlığı edib. Həmin klubların hesabına milyonlarla manat yatırılıb. Bu əməkdaşlıqlardan Adnan Əhmədzadə şəxsi piarı üçün yararlanmağa çalışsa da, əslində o, şəxsi vəsaiti deyil, dövlətdən oğurladığı pullar hesabına bunu edirdi.

İdman       Tarix: 24 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək

UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun növbəti oyunları bu gün keçiriləcək. xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Turun mərkəzi matçlarında A Liqasının 1-ci qrupunda Frans


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az