ADNSU "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
7–8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində keçirilən "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) yüksək səviyyədə təmsil olunub.
azxeber.com xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov akademik mobillik proqramı çərçivəsində Qazaxıstanda təhsil alan ADNSU tələbələri ilə görüşərək onların təhsil prosesi ilə maraqlanıblar.
Sərgidə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimai əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər. Universitet nümayəndələri Qazaxıstanın müxtəlif universitetlərindən gələn tələbə və məktəblilərə ADNSU-nun təhsil imkanları barədə ətraflı məlumat verib, məlumatlandırıcı çap materialları və hədiyyələr təqdim ediblər.
Eyni zamanda, akademik mobillik proqramı çərçivəsində Qazaxıstanın Satbayev Universitetində bir semestrlik təhsil alan 29 ADNSU tələbəsi sərgidə iştirak edərək universitetin beynəlxalq mühitdə fəal təmsil olunmasına töhfə veriblər.Sərgi müddətində ADNSU-nun təhsil imkanları, beynəlxalq proqramları və tələbə həyatı ilə bağlı məlumatlar ziyarətçilərə təqdim olunub.







Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək